Icma.az
close
up
RU
Qarabağa investisiyaların cəlb edilməsi iqtisadi artımın əsasını qoyacaqdır Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Qarabağa investisiyaların cəlb edilməsi iqtisadi artımın əsasını qoyacaqdır Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

"Qarabağ münaqişəsinin həlli regional iqtisadi-ticarət və nəqliyyat-kommunikasiya əlaqələrinin canlanmasına yol açacaqdır. Bu amil regionda, eləcə də Cənubi Qafqaz ölkələrində iqtisadi fəallığın artması Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında maraqlı olan bütün tərəflərin maraqlarına xidmət edir. Naxçıvan dəhlizi də dənizə çıxışı olmayan Muxtar Respublikanın təcrid olunmasına son qoyacaq, eyni zamanda Asiya ilə Avropa arasında daha sıx əlaqəni təmin edəcək. Azərbaycan regionun istifadə olunmamış potensial imkanlarına əsaslanaraq Qarabağı inkişaf, sülh və təhlükəsizlik platformasına çevirir".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov işğal edilmiş rayonlardakı yaşayış strategiyası və həyata keçirilən dövlət proqramları haqqında danışarkən deyib:

Millət vəkili həmçinin Azərbaycan tolerantlıq və multikulturalizm nümunəsi olaraq  müharibə və işğalın dağıdıcı təsirlərindən sonra Qarabağın xristian və müsəlman irsinin bərpası planlarını da açıqlayıb:

"2025-ci ilədək qarşıya qoyulmuş məqsədlərdən biri də məhz xarici investorların dünya standartlarına uyğun fəaliyyət göstərməsinə şərait yaradacaq biznes mühitinin təmin edilməsidir. Qarşıya qoyulmuş hədəflərdən ən başlıcası qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının artırılmasıdır. Qarabağın yenidənqurulmasına dövlət və qeyri-dövlət investisiyalarının cəlb edilməsi davamlı iqtisadi artımın əsasını qoyacaqdır. Dövlət investisiyaları Qarabağda katalizator rolunu oynayacaq və qeyri-dövlət investisiyalarına zəmin yaradacaq. Artıq Türkiyə, İtaliya, Böyük Britaniya, Pakistan və İsraildən Qarabağın bərpasına yönəlmiş sərmayə axını başlayıb. Qarabağda mədənçıxarma, metallurgiya, qida emalı, trikotaj, turizm, kənd təsərrüfatı, yaşıl energetika sahələrinin inkişafı üçün böyük potensial var. İşğaldan azad edilmiş ərazilərdə yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin maliyyə xərclərini dəfələrlə üstələyəcəkdir. Bu ərazilərin bərpası ilə çoxlu sayda yeni iş yerləri açılacaq. Belə ki, yeni infrastruktur layihələrinin həyata keçirilməsi vətəndaşlarımızin işlə təminatına müsbət təsir göstərəcək. İqtisadiyyatın inkişafı yeni iş yerlərinin açılmasına zəmin yaradacaq".

Günel Hüseynli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 02 Dekabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri