Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qarabağa köç məcburi olsun Deputatın çağırışına REAKSİYA

Qarabağa köç məcburi olsun Deputatın çağırışına REAKSİYA

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Ölkədə və xaricdə Qarabağın quruculuq prosesində öz vəsaitləri hesabına iştirak etməyə hazır olan kifayət qədər imkanlı şəxslər var

“Mənim fikrimcə, Qarabağa qayıdış təkcə könüllü yox, həm də məcburi olmalıdır”.

Bu sözləri millət vəkili Aqil Abbas deyib.

O, köçüb Ağdamda yaşayacağını söyləyib: “Məsələn, Aqil Abbas, deputatsan, lap yaxşı, get, qal Ağdamda. Onsuz da fikrim var. Xanımımla razılaşmışıq ki, Ağdamda ev verilən kimi ora köçəcəyik. Özü də bu deputatlıq 100 il deyil ki. Gedib Ağdamda yaşayacağam. Həm də göstərmək lazımdır ki, mən gəldim, siz də gəlin gedək. Möhtəşəm bir Ağdam tikilir. Bundan sonra 100 il Ağdamda tıxac olmayacaq. Nəfəs genişliyi var. Havası başqa, torpağı bərəkətlidir. Daş da əksən, Qarabağ torpağında bitər”.

Deputat bu yaxınlarda bildirmişdi ki, nazirliklərin bir hissəsi bölgələrə köçürülməlidir: “Bu gün yalnız Azərbaycanda deyil, bütün dünyada urbanizasiya prosesi gedir. İnsanlar təhsil, iş imkanları və infrastruktur baxımından güclü olan böyük şəhərlərdə yaşamağa üstünlük verirlər. Məsələn, Türkiyədə əhalinin 30 faizi İstanbula axışır. İnsanlar elə bilirlər ki, böyük şəhərlərdə yel əsib, qoz tökülüb. Biz regionları, xüsusilə Gəncə və Qarabağı inkişaf etdirməliyik”.

A.Abbas əlavə edib ki, mədəniyyət, təhsil kimi sahələr regionlarda da inkişaf etdirilməlidir: “Bu, təkcə mədəni məsələ deyil, həm də iş yerləri ilə bağlıdır. Bir çox nazirliklər, ali təhsil ocaqları, dövlət qurumları Bakıda cəmləşiblər. Bu qurumlar Gəncə kimi şəhərlərə köçürülməlidir. Sözügedən addım həm bölgələrin inkişafına səbəb olar, həm də Bakıdakı sıxlıq azalar”.

Deputat Qarabağın bərpasına ayrılan böyük maliyyə vəsaitlərini xatırladaraq əlavə edib ki, eyni yanaşma digər regionlara da tətbiq olunmalıdır: “Hər il Qarabağa dörd-beş milyard manat sərf olunur. Qarabağ vacibdir, amma unutmamalıyıq ki, digər bölgələrdə də problemlər mövcuddur. İnsanlar bəzən öz rayonlarında işləməkdən utanırlar, lakin Bakıda eyni işi görməkdən çəkinmirlər. Bu da psixoloji və sosial məsələdir. Rayonlarda zavod və fabriklər tikilməlidir. İnsanlara iş yeri lazımdır. Xüsusilə qadınların məşğulluğu təmin olunmalıdır. Hökumət bu sahədə addımlar atır. Amma birdən-birə hər şey mümkün deyil. Yavaş-yavaş inkişaf gedir. (Oxu.az)

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi bildirib ki, Ağdamın Kəngərli kəndində 632 fərdi evin tikintisi nəzərdə tutulur: “İşğaldan azad olunmuş digər ərazilərdəki kimi, Ağdam rayonunda da genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Yenidən qurulan Kəngərli kəndinə əhalinin köçürülməsi üçün birinci mərhələ tam hazırdır".

“Birinci mərhələ üzrə buraya 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb”, - qurum rəsmisi vurğulayıb.

L.Sarabi əlavə edib ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb: “Kənd sakinlərinin əmək fəaliyyətinin yüksək səviyyədə təmin olunması məqsədilə burada iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Sakinlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər müasir tələblərə cavab verən səviyyədə, beynəlxalq standartlara uyğun şəkildə aparılır. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub”.

Seymur Verdizadə

Cəbrayıl rayonunun Soltanlı kəndindən olan tanınmış jurnalist Seymur Verdizadə bildirdi ki, hər nə qədər doğma yurda dönmək arzusu olsa da, proses mərhələli şəkildə həyata keçirildiyi üçün gözləmək məcburiyyəti var: “İnsanlar qayıtmaq üçün növbəyə düzülüb. Doğma yurda dönmək, ata ocağının çırağını yandırmaq hər bir qarabağlının arzusudur. Adam tanıyıram ki, doğma yurda daha tez dönmək üçün hətta çadırda yaşamağa da hazırdır. Adam da var ki, işğaldan azad edilmiş rayonlarda qeydiyyatda olmasa da, dədə-baba torpağına qayıtmaq üçün qapılar döyür, yollar axtarır. Doğma yurda dönmək hər bir qarabağlının arzusudur. Amma bu proses mərhələli şəkildə həyata keçirilir. Kimin kəndi bərpa olunursa, evlə, işlə təmin edilirsə, tərəddüd etmədən Qarabağa köçür”.

Məğrur Əli Polad

Vətən müharibəsində zabit kimi iştirak edən, əslən Füzulidən olan jurnalist Məğrur Əli Polad isə A.Abbasın təklifini belə şərh etdi: “5 ildir ki, Qarabağa qayıdışla bağlı müzakirələr aparılır, bəzən mübahisələr də olur. Bu, çox gözəldir. Eyni zamanda, 5 il az vaxt deyil. Mən Aqil müəllimi çox gözəl başa düşürəm, ürəyindən keçən, Qarabağ yanğısı və həsrətindən irəli gələn fikirləri deyir. Amma mən bu təklifi tam dəstəkləmirəm. Fikrimcə, məcburiyyət doğru olmaz. İnsanların Qarabağa qayıdışını kütləviləşdirmək üçün bəlkə də prosesi sürətləndirməyə ehtiyac var. Bəli, Qarabağda genişmiqyaslı işlər görülür, amma bəlkə də insanlara yönəlik proseslərin sürətləndirilməsinə ehtiyac var. Eyni zamanda düşünürəm ki, müvafiq şərait yaradılarsa, insanlara stimul yaradan şərtlər olarsa, insanların məcburi köçürülməsinə ehtiyac qalmayacaq. Bəlkə də işğaldan azad olunmuş ərazilərdəki kənd icma ağsaqqallarının fikirlərini də dinləmək lazımdır. Digər təklifim budur ki, Qarabağın azad edilməsi uğrunda müharibədə iştirak etmiş şəhid ailələri, qazilər, iştirakçılara o torpaqlarda məskunlaşmaq, fəaliyyət göstərmək və ya ictimai iaşə xidmətlərindən istifadə etmək istiqamətində müəyyən güzəştlər tətbiq olunsa, bu onlara mənəvi cəhətdən dövlətin təşəkkür olardı. Belə tədbirlər həyata keçirilərsə, nəinki Qarabağın və Şərqi Zəngəzurun daimi sakinləri, hətta digər rayonlardan da işğaldan azad edilmiş ərazilərə köçmək istəyənlərin sayı arta bilər, məcburiyyətə ehtiyac qalmaz. Qarabağa qayıdış çərçivəsində insanların işlə təminatı önəmli məsələdir. Bu baxımdan dövlət və özəl sektor səviyyəsində iş yerlərinin yaradılması əlbəttə ki, təqdirəlayiqdir. Bununla yanaşı, yaxşı olardı ki, Qarabağa qayıdan insanlara öz vəsaitləri hesabına şəffaf, bərabər şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa şərait yaradılsın. Məcburi köçkünlərə bu mənada üstünlük verilməsi məqsədəuyğun olardı. Əminliklə bildirirəm ki, həmin insanlar arasında həm ölkədə, həm də ölkə xaricində fəaliyyət göstərən kifayət qədər imkanlı şəxslər var. Ədalətli, şəffaf imkanlar yaradılsa, onlar canla-başla Qarabağın quruculuq prosesində öz vəsaitləri hesabına iştirak etməyə hazırdırlar”. 

Elməddin Muradlı

Əslən Zəngilandan olan nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı da hesab edir ki, məcburi  heç nə yaxşı effekt vermir. “Yeni Müsavat”a açıqlamasında E.Muradlı qeyd etdi ki, qayıdış prosesini məcburi etməyə ehtiyac yoxdur: “Aidiyyəti qurumlar tərəfindən elə layihələr işlənir və icra olunur ki, bir növ məcbur vəziyyət ortaya çıxır. Dövlət büdcəsi hesabına məcburi köçkünlər üçün tikilən binalarda məskunlaşanlar orada yaşamağa davam etmək istəsələr, artıq işğaldan azad olunan ərazilərdə ev tələb edə bilməyəcəklər. Kiminsə evində məskunlaşmış məcburi köçkünlər ev sahibinin tələbi ilə evdən çıxarılırsa, onlara işğaldan azad edilmiş ərazilərdə yaşamaq təklif olunur. Eyni qaydada yataqxanalarda, uşaq bağçalarında məskunlaşmış məcburi köçkünlər də sözügedən binalar dövlətin balansına qaytarıldıqdan sonra başının çarəsinə baxmalıdırlar. Odur ki, bir növ məcburi vəziyyət yaranıb. Kiminsə qolundan tutub doğma yurduna məcburi aparmağın tərəfdarı deyiləm. Bu, arzu, vicdan, el-obaya bağlılıq məsələsidir. Əgər insan səmimi qəlbdən doğma yurduna qayıtmaq istəmirsə, nə qədər şərt qoyulsa da, qayıtmayacaq. Digər rayonların sakinləri Bakıda məskunlaşdığı kimi, işğaldan azad edilmiş ərazilərin doğma sakinləri də paytaxtda yaşamağı seçə bilərlər. Bu da normaldır, çünki insanlar burada iş qurub, şərait yaradıblarsa, birdən-birə hər şeyi başdan başlamaq asan deyil, buna görə insanları qınamaq olmaz. O insanlar üçün ki, Bakıda yaxud Qarabağda yaşamağın fərqi yoxdur, paytaxtda yaşamağı seçirlər, məcburiyyətin mənası yoxdur”.(musavat)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 May 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri