Sürücülük vəsiqələri tibbi göstəricilərə əsasən geri alınacaq Bu ölkədə KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Dövlət Dumasının Səhiyyənin Mühafizəsi Komitəsinin rəhbəri Sergey Leonovun sözlərinə görə, hazırda real vaxt rejimində monitorinq sistemi yaradılır.
KONKRET.az xəbər verir ki, tibbi məlumat bazaları Daxili İşlər Nazirliyinin (DİN) bazaları ilə inteqrasiya ediləcək.
Hazırda artıq qanunvericilik tədbirləri qəbul edilib: insana avtomobil idarə etməyi qadağan edən tibbi əks göstərişlər aşkar olunduğu andan məlumat DİN-ə ötürüləcək. Bu zaman diaqnoz açıqlanmayacaq, yalnız sürücülük hüququnun geri alınmasına dair tibbi göstərişin mövcudluğu qeydə alınacaq. Bundan sonra sürücülük vəsiqəsi Yol Polisi tərəfindən ləğv ediləcək.
Yeni qanun 2027-ci il martın 1-dən qüvvəyə minəcək. Həmin vaxta qədər tibbi əks göstərişləri aşkar edilmiş sürücü vəsiqəsinin müddəti bitənədək — yəni 10 ilədək — avtomobil idarə edə biləcək.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 28 Sentyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















