Icma.az
close
up
RU
Azərbaycandan Öcalanın çağırışına REAKSİYA

Azərbaycandan Öcalanın çağırışına REAKSİYA

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanın tərəfdarlarına "silahları yerə qoyun" çağırışı müzakirə olunmaqdadır.  

"Silahlıları dərhal yerə qoyun. Bu tarixi məsuliyyəti öz üzərimə götürürəm. Sülh cəmiyyətinin inkişaf etməsi lazımdır", - onun müraciətdə deyilir.

Öcalan qeyd edib ki, bütün qruplar tərksilah olunmalı və PKK özünü buraxmalıdır. 

Hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Əfqan Ala Türkiyə üçün çağırışın nəticə verib-verməyəcəyinin zaman alacağına diqqət çəkib:
“Çağırışın mahiyyəti silahı yerə qoymaq və terror təşkilatının özünü ləğv etməsidir. Biz nəticəyə baxacağıq”.

Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası ittifaq komitəsinin üzvü  Asim Mollazadə Modern.az-a açıqlamasında terrorun həqiqətən bitəcəyinə ümid etdiyini bildirib:

“Ümid edirik ki, bu müraciətə ciddi yanaşılacaq və PKK buraxılacaq, daha terror əməlləri tötədilməyəcək. Buna böyük ehtiyac var. Çünki bu kommunist terrorçu təşkilat vaxtında Sovet İttifaql tərəfindən Türkiyəyə qarşı dəstəklənmişdi. NATO-nun ən güclü  ordularından birini zəiflətmək üçün bu addım atılmışdı. Burada hansısa etnik amil sui-istifadə olunurdu. Əslində bu kommunist terroruydu. Buna son qoyulması çox müsbət hal olar. Çünki terroun qurbanı mülki əhali, müəyyən bölgələr idi”.

Deputat deyib ki, Azərbaycan bu müsbət addımlara səmimi olaraq sevinir:

“Çünki Türkiyə bizim qardaş ölkəmizdir. Çox istəyirik ki, Türkiyənin inkişafının qarşısını heç nə almasın”.


Beynəlxalq münasibətlər və parlamentlərarsı ittifaq komitəsinin digər bir üzvü Nəsib Məhəməliyev söyləyib ki, hər kəs bu çağırışa sevinir:

“Biz Türkiyə ilə tək strateji müttəfiqik. 44 günlük müharibədə, ondan sonrakı proseslərdə də yanımızd olublar. Beynəlxalq müstəvidə Türkiyənin dəstəyini hiss edirik. Ondan sonra tarixi Şuşa bəyannaməsi imzalandı. Şuşa bəyannaməsinin bəndlərindən biri də odur ki, regional məsələlərələ, xarici siyasətlə bağlı mənafelər uzlaşdırlır, eyni mövqedən çıxış edirik. Bu baxımdan təbii ki, Türkiyənin daxilində sabitliyin olmasını daim arzulayırıq. Arzu edirik ki, 40 ilə yaxın müddətdə Türkiyə dövlətini parçalamağa cəhd edən, ona milyardlarla maddi ziyan vuran və 40 mindən yuxarı şəxsin ölümünə səbəb olan terror təşkilatı ləğv olunsun. Bu, hər bir azərbaycanlının ürəyindən keçən haldır. Olduqca xoş haldır ki, son illər Türkiyə rəhbərliyinin apardığı siyasət nəticəsində radikal gedişlər edildi, PKK-nin qurucusu və lideri Abdullah Öcalanla danışıqlar aparıldı və onun PKK və digər terror təşkilatlarına müraciəti elan olundu. Bu, bizim hər birimizi sevindirir. İstənilən  normal insan sülhə  istiqamətlənən belə addımları alqışlayır. O cümlədən Azərbyacan xalqı bütövlükdə Türkiyənin  yanındadır. Türkiyəyə öz dəstəyimizi əsirgəmərik”.

Deputat kürdlərin terror təşkilatlarının bu çağırışı qəbul edəcəyinə inandığını deyib:

“Təbii ki, Türkiyə daxilində, eyni zamanda Türkiyədənkənar - İraqın, Suriyanın şimalında dağlarda gizlənmiş, artıq öz bazasını qurmuş böyük silahlı dəstələr qardaş ölkənin təhlükəsizliyinə təhdid yaradıblar. O silahlı  terrorçu  qruplaşması Türkiyənin inkişafını istəməyən böyük, qlobal gücklərin əlində proksi qüvvələr kimi istifadə olunurdu. Həm ABŞ-dan, həm Rusiyadan, həm də İran tərəfindən həmin terror qrupları dəstəklənir. Çox sevinirəm ki, artıq Türkiyənin daxilində terrorçuluğa son qoyulur. Hesab edirəm ki, Abdullah Öcalanın çağırışı  həmin terror təşkilatsının əksəriyyəti tərəfindən yerinə yetiriləcək. Kimlər ki, silahı yerə qoymasa, Türk Ordusu tərəfindən məhv ediləcək. Ən əsası odur ki, terror təşkilatının qurucusu belə bir müraciət yayıb. Bunun gələcəkdə müsbət nəticələrini görəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Mart 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri