Qarabağda iş yerləri: 3 min manata qədər yeni vakansiyalar
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri yeni iş yerlərinin yaranmasına səbəb olub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müxtəlif ixtisaslar üzrə işə qəbul prosesi davam edir.
BAKU.WS-in məlumatına görə, hazırda bölgənin müxtəlif şəhər və qəsəbələrində texniki, inzibati, xidmət və digər istiqamətlər üzrə vakansiyalar elan edilib. İşəgötürənlər fərqli peşə və təcrübəyə malik namizədlər üçün uyğun iş imkanları təklif edirlər.
Əməkhaqqı müraciət edilən vəzifə, namizədin ixtisası və iş təcrübəsindən asılı olaraq müəyyən edilir. Təklif olunan maaşlar 550 manatdan başlayaraq 3000 manata qədər dəyişir.
Vakansiyalara müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində müraciət olunan vəzifənin adı mütləq qeyd edilməlidir.
CV-si olmayan vətəndaşlar isə cvyarat.az platforması vasitəsilə ödənişsiz şəkildə qısa zamanda öz tərcümeyi-hallarını hazırlayaraq vakansiyalara müraciət edə bilərlər.
Baxış sayı:148
Bu xəbər 10 İyul 2026 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















