“Qarabağ”da Kaşukun taleyi həll olundu: Qurbanov qərarını verdi
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qarabağ"da ukraynalı futbolçu Aleksey Kaşukun gələcək taleyinə aydınlıq gəlib. Sport24.az-ın "köhlən atlar"a yaxın mənbədən əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi 25 yaşlı vingerlə yollarını ayırmağa hazırlaşır. Bu barədə futbolçuya artıq məlumat verilib.
Baş məşqçi Qurban Qurbanov Kaşuku növbəti mövsüm üçün planlarına daxil etmir. Bunun nəticəsi olaraq, təcrübəli mütəxəssis son doqquz oyunda ona ümumiyyətlə şans verməyib. Yarımmüdafiəçi üçün gələcək təkliflər yayda dəyərləndiriləcək.
Qeyd edək ki, ukraynalı oyunçunun "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, cari mövsüm çempionatda 16 matçda (713 dəqiqə) iştirak edib və 1 qol vurub.
Bu mövzuda digər xəbərlər:Qurban Qurbanov gedir? “Qarabağ”da son vəziyyət
31 Yanvar 2025 15:40
Aleksey Kaşukun İspaniya klubuna keçidi niyə alınmayıb? Qarabağ onu buraxmayıb
09 İyul 2025 11:27
“Qarabağ”ın legioneri qərarını verdi Qurban Qurbanov istəməsə də…
27 Fevral 2025 13:57
Qurbanov qal desə, qalacaq Qarabağ da xoşbəxt deyil
13 Fevral 2025 15:24
“Qarabağ”da böyük rolu Qurban Qurbanov oynayır” Koxalski
11 Fevral 2026 18:30
Baxış sayı:125
Bu xəbər 23 Aprel 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















