Icma.az
close
up
RU
Qarabağda məskunlaşanların sayı artır daha 3350 ailə köçürülüb

Qarabağda məskunlaşanların sayı artır daha 3350 ailə köçürülüb

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Artıq ikinci ildir ki, Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Uzun müddət işğal altında qalan bu yaşayış məntəqələrimiz artıq inkişaf mərhələsinə qədəm qoyub. İntensiv məskunlaşma nəticəsində Qarabağda yaşayan, işləyən və təhsil alan vətəndaşlarımız sayı artmaqdadır. Hazırda 100 minə yaxın vətəndaşımız işğaldan azad olunan ərazilərdə yaşayır. Onların 40 mini keçmiş məcburi köçkünlərdir.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov 

Deputat qeyd edib ki, hazırda işğaldan azad olunan ərazilərimizdə 9858 keçmiş məcburi köçkün ailəsi məskunlaşıb:

"Ağdərə rayonunda 965 ailə və ya 3763 keçmiş məcburi köçkün vətəndaşımız yaşayır. Onlardan 550 nəfəri Aşağı Oratağ kəndində, 204 nəfəri Çapar kəndində, 165 nəfəri Çıldıran kəndində, 205 nəfəri Heyvalı kəndində, 1180 nəfəri Həsənriz kəndində, 175 nəfəri Kolatağ kəndində, 592 nəfəri Suqovuşan kəndində, 90 nəfəri Talış kəndində və 602 nəfəri isə Vəngli kəndində məskunlaşıb.

Xankəndi şəhərində 542 nəfər nəfər, Kərkicahan qəsəbəsində isə 210 nəfər məskunlaşıb. 4993 nəfərin məskunlaşdığı Xocalı rayonunun Ballıca kəndində 1096 vətəndaşımız yaşayır. Xocalı şəhərində isə 651 nəfər məskunlaşıb. 4265 keçmiş məcburi köçkün vətəndaşımız isə Xocavənd rayonuna geri qayıdıb. 1706 nəfərin məskunlaşdığı Xocavənd şəhəri ilə yanaşı Qırmızı bazar qəsəbəsində intensiv məskunlaşma müşahidə edilir. Artıq sözügedən qəsəbənin 951 nəfər sakini var".

V.Bayramovun sözlərinə görə, yalnız bu ilin ilk 8 ayında işğaldan azad edilmiş ərazilərə 3350 ailə və ya 13778 nəfər köçürülüb, bu isə intensiv məskunlaşmanın bu ildə də davam etdiyindən xəbər verir:

"Böyük Qayıdış Proqramına əsasən, işğaldan azad olunan ərazilərimizdə məskunlaşma davam etdirilir. İşğal nəticəsində dağıdılan və baxımsız bölgəyə dönən Qarabağ artıq regionun əsas inkişaf mərkəzlərindən birinə çevrilməkdədir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Sentyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri