Icma.az
close
up
RU
Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi SİYAHI

Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi SİYAHI

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

İşğaldan azad edilmiş Qarabağda böyük layihələr həyata keçirən “Aqroman” MMC 20 min manat cərimələnib.

xəbər verir ki, buna səbəb MMC-nin Qarabağda bir neçə nəfəri əmək müqaviləsi olmadan işə cəlb etməsi olub.

“Aqroman” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müəyyən edilib.

Məlum olub ki, MMC “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” portalından işçi kimi qeydiyyatdan keçirdiyi şəxsləri əmək müqaviləsi olmadan işə cəlb edib.

Bu qanun pozuntusuna görə MMC 20 min manat cərimə edilib.

Qeyd edək ki, “Aqroman” MMC-nin qanuni təmsilçisi Rəfiyev Müzadil İlqar oğludur. Müzadil Rəfiyev xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin qardaşıdır.

Rəfiyevlərə məxsus “Aqroman” şirkəti bu günə qədər işğaldan azad olunmuş ərazilərdə dəyəri milyonlarla manat olan layihələr icra edib, icra etməkdə də davam edir.

Şirkət tərəfindən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin bir çox layihələri icra edilib. Şuşa şəhərində təmizlik və abadlıq işləri, “ŞUŞABANK” layihəsi çərçivəsində bir çox işlərin icrası, Ağdam rayonunun Sarıcalı kəndi ərazisində torpaq işləri, qazma, yükləmə işlərinin icrası “Aqroman” şirkəti tərəfindən icra edilib.

Şirkətin hazırda Qarabağ bölgəsində davam edən aşağıdakı layihələri var:

– Şuşa şəhərində hotel və restoran tikintisi

– ŞUŞA YAŞAYIŞ BİNASI layihəsinin qazıntı, dolğu, istinad və svay işlərinin icrası

– Şuşa şəhərində qəzalı vəziyyətdə olan binaların söküntüsü və tullantıların daşınması işləri

– Qubadlı rayonu, Zilanlı kəndində tikinti layihəsi çərçivəsində müvəqqəti hasar çəkilməsi, müvəqqəti qurğuların qurulması, köhnə tikililərin sökülməsi, söküntü tullantılarının və torpağın ərazidən daşınması, sahənin şaquli planlanması işlərinin icrası

– Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsində 15 ədəd iki otaqlı, 13 ədəd üç otaqlı fərdi yaşayış evlərinin tikintisi

– Ağdam şəhərində yaşayış kompleksinin tikintisi

– Xankəndidə bir neçə tikinti işi.

Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 İyul 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri