Icma.az
close
up
RU
Qarabağda mina və kasetli silah problemi: Dəyirmi Masada çağırışlar səsləndi / FOTOLAR

Qarabağda mina və kasetli silah problemi: Dəyirmi Masada çağırışlar səsləndi / FOTOLAR

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi tərəfindən “Kasetli sursatlar probleminin tədqiqi” layihəsi çərçivəsində Dəyirmi Masa keçirilib.

QHT.az xəbər verir ki, Birliyin sədri Hafiz Səfixanov bildirib ki, 1992–2025-ci illəri əhatə edən araşdırmalar işğaldan azad olunmuş ərazilərdə və sərhədyanı bölgələrdə aparılıb:

“56 gün davam edən monitorinqlər nəticəsində Azərbaycan və ingilis dillərində hesabat hazırlanıb. Ermənistan ordusu Vətən müharibəsi zamanı Bərdə və digər yaşayış məntəqələrini kasetli raketlərlə atəşə tutub, nəticədə yüzlərlə ev və obyektə ziyan dəyib. Araşdırmalara əsasən, 233 mülki şəxs (51 nəfər həlak olub, 182 nəfər yaralanıb) və 21 hərbçi kasetli silahların qurbanıdır. Qurbanların əksəriyyəti psixoloji travmalardan və sosial müdafiə imkanlarının məhdudluğundan əziyyət çəkir”.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Qarabağda mina təhlükəsinin miqyasına diqqət çəkib. Onun sözlərinə görə, Ermənistanın uzunmüddətli işğalı nəticəsində Azərbaycan dünyada ən çox mina ilə çirklənmiş ölkələrdəndir:

“Ümumilikdə 3,400-dən çox azərbaycanlı mina qurbanıdır, təkcə 2020-ci ildən bəri 400-dən artıq insan zərər çəkib. Minatəmizləmə işlərinin 95%-i dövlət büdcəsi hesabına aparılır, beynəlxalq dəstək isə kifayət qədər deyil. Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 25%-dən artıq olmayıb, real təhlükənin isə 1,5 milyon mina olduğu güman edilir”.

Milli Məclisin deputatı Azər Allahverənov Dəyirmi Masada çıxış edərək bildirib ki, mina və kasetli sursatlar təkcə humanitar deyil, həm də ölkənin iqtisadi inkişafını ləngidən ciddi amillərdəndir. Onun sözlərinə görə, Böyük Qayıdış prosesində mina və partlamamış sursatlar böyük çətinliklər yarada bilər:

“Yalnız minalar deyil, digər sursat növləri də tədqiq olunmalı, mina terrorunun iqtisadi təsirləri araşdırılmalıdır. Avropa İttifaqının Azərbaycana mina probleminin həlli üçün 23 milyon avro ayırması buna nümunədir. Əsas məsələ vurulan zərərin miqyasının dəqiq qiymətləndirilməsidir”.

Milli Məclisin deputatı Razi Nurullayev çıxışında kasetli bombalar və minaların yaratdığı təhlükələrə diqqət çəkərək onların dünya miqyasında qadağan edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu silahların istehsalı əsasən böyük dövlətlər tərəfindən həyata keçirilir və nəticədə minlərlə insan həyatını və sağlamlığını itirir:

“Azərbaycanın tanınmış kəşfiyyatçısı Səyyad Əhmədovun Ağdamın Mirəşelli kəndində mina partlayışı nəticəsində həlak olmasını faciəvi nümunə kimi göstərmək olar. Həmçinin minaların uzunmüddətli sosial-psixoloji təsirlərinə diqqət çəkmək lazımdır. Beynəlxalq hüquq çərçivəsində daha ciddi addımların atılması zəruridir”.

Dəyirmi Masada bütün maraqlı tərəflərin – Parlament üzvləri, hökümət strukturları (Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti), kasetli silah qurbanlarının, Ombudsman Aparatının, Sosial Tədqiqatlar Mərkəzinin, diplomatik korpusun nümayəndələri, QHT rəhbərləri və KİV iştirak etmişdir. Layihə rəhbəri Hafiz Səfixanov tərəfindən tədbir iştirakçılarına layihə və onun nəticələri barədə ətraflı məlumat verilmişdir. Bundan sonra tədbir iştirakçıları çıxışlar etmiş, əldə olunmuş nəticələr yüksək qiymətləndirilmişdir.

Bütün tədbir iştirakçılarına layihə çərçivəsində iki dildə (Azərbaycan və ingilis) hazırlanmış hesabat təqdim edilmişdir.

Pərvanə Fərhadqızı

QHT.az

Fotolar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Sentyabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri