Icma.az
close
up
RU
Nazir və mədəniyyət xadimləri dəyirmi masada bir araya gəldi Fotolar

Nazir və mədəniyyət xadimləri dəyirmi masada bir araya gəldi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Mayın 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Musiqi və incəsənət məktəblərində müəllim keyfiyyəti” mövzusunda dəyirmi masa keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə nazir Adil Kərimli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Bakı Musiqi Akademiyasının (BMA) rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Ceyran Mahmudova, tanınmış mədəniyyət xadimləri, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və digər şəxslər iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Adil Kərimli Prezident İlham Əliyev və Birinci-vitse-prezident Mehriban Əliyeva tərəfindən mədəniyyətin bütün sahələrinin inkişafının, o cümlədən incəsənət təhsilinin diqqətdə saxlanıldığını bildirib. Deyib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, bədii təhsilin müasir tələblər səviyyəsində qurulması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən müvafiq addımlar atılır. Musiqi, incəsənət məktəb və mərkəzlərinə şagirdlərin qəbulu tam elektronlaşdırılıb. Bundan əlavə, müəllimlərin, eləcə də direktor və direktor müavinlərinin işə qəbulu da mərkəzləşdirilmiş qaydada – müsabiqə və müsahibə olmaqla iki mərhələdə həyata keçirilir.

Adil Kərimli Mədəniyyət Nazirliyi sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə attestasiyanın keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Bakı və Abşeron-Xızı regionlarını əhatə edən, fortepiano və musiqi nəzəriyyəsi üzrə təşkil olunan attestasiyanın bu sahədə vəziyyətin ciddi şəkildə təhlil edilməsi zərurətini ortaya çıxarıb.

Sonra mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov slayd vasitəsilə müəllimlərin attestasiyasının nəticələri barədə ətraflı məlumat verib. Bildirilib ki, musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiya prosesində attestasiya komissiyası tərəfindən müvafiq olaraq 3 əleyhinə, 2 lehinə səslə qiymətləndirilən 112 müəllim müvafiq ixtisaslar üzrə təlimlərə cəlb edilib. Təlimlər Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunur. İki ay müddətində həyata keçiriləcək təlimlərdən sonra həmin şəxslər müəllimlərin işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələsindən uğurlu nəticə əldə etməklə yenidən məktəblərdə işləyə bilərlər.

BMA-nın rektoru Fərhad Bədəlbəyli, Milli Məclisin komitə sədrləri Polad Bülbüloğlu, Anar İsgəndərov, Hicran Hüseynova, ADMİU-nun rektoru Ceyran Mahmudova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev, BMA-nın professorları Nəzakət Rimazi, Könül Hüseynova, Qarabağ Universitenin dekanı bəstəkar Türkər Qasımzadə və başqaları çıxış edərək Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıblar. 

Daha sonra tədbir diskussiya şəklində davam edib. Attestasiya komissiyalarına sədrlik etmiş mütəxəssislər proses barədə fikirlərini bölüşüb, bəzi təhsilverənlərin bilik və bacarıqlarının onlarda təəssüf hissi doğurduğunu bildiriblər.

Dəyirmi masada incəsənət təhsilinin mövcud vəziyyəti, bu sahədə həyata keçirilən işlərlə bağlı çıxışlar dinlənilib, təkliflər səsləndirilib.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 May 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri