Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Bakıda diplomatiya, Qarabağda güc qalib gəldi

Bakıda diplomatiya, Qarabağda güc qalib gəldi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sülhə gedən yol isə Azərbaycandan daha güclü olmağı tələb edir

Prezident İlham Əliyevin siyasi dünyagörüşü universal məsuliyyət anlayışı ilə milli maraqların sərt müdafiə xəttini eyni düşüncə platformasında birləşdirən nadir dövlətçilik modelinə əsaslanır. Ölkə rəhbərinin siyasi davranış sistemi ölkəyə yönəlmiş çoxistiqamətli təzyiq və təsir mexanizmlərinə qarşı suveren mövqenin qorunmasına xidmət edən davamlı müqavimət fəlsəfəsi formalaşdırıb. Bu siyasi portretin mərkəzində isə sülh ideyasının diplomatik ritorika yox, dövlət davranışının sistemli xəttinə çevrilməsi dayanır.

Bu gün vaxtilə işğalçı mövqedə dayanmış bir dövləti – Ermənistanı sülh masasına əyləşdirmək, onu beynəlxalq hüququn tanıdığı reallıqlar çərçivəsində davranmağa məcbur edən siyasi konfiqurasiya formalaşdırmaq İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ardıcıl güc, iradə və strateji ardıcıllıq üzərində qurulmuş siyasətinin məntiqi nəticəsi hesab olunur.

Prezident İlham Əliyev Ağdamda sakinlərlə görüşü zamanı açıq və qəti şəkildə bəyan etdi ki, Ermənistan–Azərbaycan sülh prosesində təşəbbüskar tərəf Bakıdır, ilkin təklifləri masaya rəsmi Bakı yatırıb, sülh müqaviləsinin mətni və hüquqi konstruksiyası da məhz Azərbaycan tərəfindən formalaşdırılıb: “Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik”. Dövlət başçısı, eyni zamanda, vurğuladı ki, işğal faktının, şəhidlərin xatirəsinin, Xocalı qurbanlarının və günahsız insanların həlak edilməsinin yaddaşdan silinməsi mümkün deyil və qəbul edilə bilməz.

Bu tarixi yaddaşın qorunması milli məsuliyyətin əsas göstəricisi olmaqla yanaşı, gələcək təhlükəsizlik davranışının da dayaq xətti kimi təqdim olundu. Prezident xüsusi olaraq qeyd etdi ki, şirin ritorikanın arxasında gizlənə bilən risklərə qarşı ayıq qalmaq zərurəti dəyişməzdir və məhz bu yanaşma çərçivəsində son beş ildə ordunun döyüş potensialı ardıcıl şəkildə gücləndirilib, ötən ay keçirilən hərbi parad isə bu gücün real miqyasını açıq şəkildə nümayiş etdirdi.

Dövlət başçısının Ağdamda səsləndirdiyi tezislər göstərdi ki, Azərbaycan diplomatiyası hazırkı mərhələdə tək bir xətt üzərində deyil, iki paralel strategiya əsasında irəliləyir. Bir tərəfdə danışıqlar masası mövcuddur, digər tərəfdə həmin masanın dağılmamasını təmin edən real güc arxitekturası formalaşdırılıb. Bu, sülhü niyyət bəyanatları üzərindən deyil, güc balansı sferasından dizayn edən siyasi modeldir. Aydın məsələdir ki, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüş Cənubi Qafqazda uzunmüddətli münaqişənin həllinə və yekun sülh prosesinə doğru atılan ən əhəmiyyətli addımlardan biri kimi tarixə düşdü. Bu baxımdan rəsmi İrəvan tərəfindən son aylar sülh müqaviləsinin maddələri üzrə irəli sürülən mövqelərin yumşalması, sərhəd delimitasiyası xəttində razılaşdırılmış texniki addımların atılması, kommunikasiyalar mövzusunda ritorikanın dəyişməsi məhz bu güc balansının yaratdığı siyasi təzyiq fonunda baş verir.

“...Biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik”. Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər artıq formalaşmış yeni regional nizamın siyasi fəlsəfəsini ifadə edən, həm də Cənubi Qafqazın gələcək arxitekturasının konturlarını açıq şəkildə göstərən dövlət doktrinasıdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə ordu quruculuğu misli görünməmiş inkişaf mərhələsinə qədəm qoydu.

2003-cü ildə cəmi 160 milyon dollar olan Azərbaycan ordusunun illik büdcəsi 2011-ci ildə 3,3 milyard dollara yüksəldi. Yəni cəmi 8 il ərzində, təxminən, 20 dəfə artdı. 2011-ci ildə Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət büdcəsindən 50 faiz çox idi. Orduda islahatlar aparılaraq yeni hərbi birləşmələr – xüsusi təyinatlı qüvvələr, hərbi dəniz qüvvələrinin modernləşdirilməsi, birgə taktiki təlimlər kimi addımlar atıldı. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı zamanı əldə olunan lokal qələbələr göstərdi ki, Azərbaycan ordusu artıq peşəkarlıq və texnoloji üstünlük baxımından keyfiyyətcə fərqli səviyyəyə yüksəlib. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfər də məhz son illərin planlı ordu quruculuğunun bəhrəsi oldu.

İşğal dövrü bitdikdən sonra Azərbaycan ordusu “müharibədən çıxmış ordu” statusunda dayanmadı. Əksinə, 2020–2025 intervalı ordunun klassik döyüş modeli üzərindən çıxarılaraq yüksək texnologiyalı, çoxqatlı, manevr qabiliyyətli regional güc platformasına çevrildiyi mərhələ kimi formalaşdı. Bu mərhələdə ordunun silahlanma fəlsəfəsi komanda–idarəetmə, kəşfiyyat, PUA və radioelektron müharibə elementlərinin vahid əməliyyat məkanında inteqrasiyası üzərindən yenidən quruldu. Nəticədə Azərbaycan artıq yalnız lokal döyüş üstünlüyü əldə edən yox, əməliyyat məkanını bütövlükdə formalaşdıran, qarşı tərəfin risk davranışını başlanğıc mərhələsində neytrallaşdıran sistem tipli ordu modelinə keçidi təmin etdi.

Azərbaycanın formalaşdırdığı hərbi güc arxitekturasının və əldə edilmiş tarixi qələbənin beynəlxalq miqyasda nümayişi 10 dekabr 2020-ci ildə Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradı ilə siyasi simvola çevrildi. Həmin paradda, təxminən, üç min nəfərlik şəxsi heyət təntənəli keçidlə Azərbaycan Ordusunun struktur və texnoloji transformasiyasını nümayiş etdirdi, müasir silah sistemləri, eləcə də Vətən müharibəsi zamanı düşməndən ələ keçirilmiş hərbi qənimətlər ictimaiyyətə təqdim olundu. Bu xəttin davamı olaraq bu il noyabrın 8-də Qələbənin beşinci ildönümünə həsr edilən hərbi paradda beş mindən çox hərbi qulluqçunun iştirak etməsi təkcə mərasim ölçüsü kimi yox, Azərbaycan dövlətinin regionda təhlükəsizlik qaydalarını hansı güc və iradə ilə formalaşdırdığını əyani formada göstərdi.

Ölkə başçısının Ağdamda verdiyi mesaj sülh anlayışının romantik illüziyalar müstəvisindən çıxarılaraq rasional təhlükəsizlik arxitekturasına yerləşdirildiyini nümayiş etdirir. İki əsr öncə də, otuz üç il əvvəl də, son yeddi ilin, beş ilin, hətta iki ilin siyasi mənzərəsi də göstərirdi ki, Ermənistan rəhbərliyi reallıqdan qopmuş xam xəyallar üzərində cəmiyyətini yanlış istiqamətə sürükləyir, erməni ictimai rəyini uydurma “tarixi üstünlük” mifləri ilə manipulyasiya edir və nəticədə regionu növbəti siyasi fəlakətlərin astanasına gətirirdi.

Vətən müharibəsi bu xam xəyalların hərbi-siyasi müstəvidə iflasını rəsmiləşdirdi, sonrakı mərhələdə həyata keçirilən qisas əməliyyatları və sərhəd boyunca mövqelərin bərpası bu davranış modelinin artıq təhlükəsizlik reallığına çevrildiyini göstərdi. 2023-cü ilin sentyabrında birsutkalıq lokal antiterror tədbirləri isə separatçı silahlı strukturların ləğvi və dövlət suverenliyinin bütün ərazi üzrə bərpası ilə bu xəyalpərəst siyasi kursun hüquqi cəhətdən də bağlandığını nümayiş etdirdi.

Bu gün formalaşmış reallıqlar üzərində qurulan sülh prosesi Azərbaycan üçün milli təhlükəsizlik arxitekturasının funksional elementi kimi çıxış edir. Dövlət başçısının yürüdüyü siyasi xətt açıq şəkildə göstərir ki, sülhün davamlılığı regionda qüvvələr nisbətinin proqnozlaşdırılan, nəzarətdə saxlanılan və üstün mövqedə qorunan balansı üzərində inşa olunur. Bu, qarşı tərəfə eyni vaxtda həm siyasi mesaj, həm də strateji xəbərdarlıq ötürür: tarixi yaddaş saxlanılır, təhlükəsizlik qorunur, diplomatik masa isə yalnız real gücün yaratdığı balans mühitində işlək mexanizm statusu qazanır.

Azərbaycan sülhə açıqdır, bu sülhü zəiflik üzərində inşa etməyə yox. Dövlətin təhlükəsizlik fəlsəfəsi artıq gələcək onilliklərin davranış konturlarını indidən müəyyənləşdirir və regionda sabitliyin hansı prinsiplər üzərindən qurulacağını açıq şəkildə ortaya qoyur. Formalaşan bu strateji çərçivə Qarabağdan yüksələn tarixi yaddaşın, real gücün və siyasi iradənin eyni xətt üzərində birləşdiyi yol xəritəsidir. Erməni xalqı son 200 ilini, daha doğrusu, indiyə qədərki saxta tarixini yaddaşından silməlidir ki, növbəti 200 ildə mövcudluğunu qoruyub–saxlaya bilsin...

Tacir SADIQOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see597

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see313

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see310

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see223

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see223

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see220

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see220

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see211

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see206

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see206

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see206

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see205

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see202

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see202

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see199

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see199

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see198

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri