Icma.az
close
up
RU
Qarabağda Türk həmrəyliyinin izləri: məktəb, mərkəz, məscid FOTOLAR

Qarabağda Türk həmrəyliyinin izləri: məktəb, mərkəz, məscid FOTOLAR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) zirvə görüşü regional əməkdaşlığın və ortaq mədəni kimliyin bariz nümayişi oldu. Bu həmrəylik yalnız siyasi platformalarda deyil, real layihələrdə də özünü göstərir.

Qarabağın yenidən qurulması həm də mənəvi, sosial və mədəni bərpa prosesinə çevrilib. Azərbaycanla ortaq tarixi və dil birliyinə malik Türk dövlətləri Qarabağın dirçəlişinə konkret layihələrlə dəstək verərək qardaşlıq münasibətlərini praktik səviyyəyə daşıyıblar.

Prezident İlham Əliyev bu gün Qəbələ sammitində çıxışı zamanı Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə təşəkkürünü bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.

Modern.az xatırladır ki, TDT-yə üzv ölkələr Qarabağda bir çox vacib layihələr həyata keçiriblər.

Türkiyə şirkətləri bərpa işlərində əsas podratçı kimi iştirak edir, xüsusən hava limanları, yollar və kommunikasiya infrastrukturu kimi iri layihələrdə böyük pay sahibidir. Qardaş ölkənin şirkətləri bir çox tunellər, körpülər inşa edir.

Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına məktəb azad olunmuş torpaqlarda yenidən həyatın bərpasının rəmzinə çevrilib. Müasir standartlara uyğun bina 40 sinif otağı, laboratoriyalar, informatika kabinetləri, kitabxana, idman və akt zalları ilə təchiz olunub. 960 şagirdlik tam orta məktəbin açılışında Prezident İlham Əliyev və Prezident Şövkət Mirziyoyev iştirak ediblər.

Məktəbin adı da təsadüfi seçilməyib. Orta əsrlərdə yaşamış alim və astronom Mirzə Uluqbəy türk dünyasının parlaq simalarından biri kimi, biliyin və elmi irsin simvoludur. Məktəbə onun adının verilməsi həm təhsilin, həm də elmin dirçəlişinə yönəlmiş mesaj daşıyır.

Füzulidə dərs zənginin 30 ildən sonra ilk dəfə bu məktəbdə çalınması azad edilmiş torpaqlarda həyatın bərpasının səsi idi. Özbəkistanın bu layihəsi qardaşlığın konkret, toxunula bilən simvoluna çevrildi, burada təkcə məktəb binası deyil, gələcəyə ümid, sabahın insanını formalaşdırmaq istəyi quruldu.

Qırğızıstanın Qarabağa töhfəsi isə Ağdam rayonunun Xıdırlı kəndində tikilən “Ayköl Manas” məktəbi ilə özünü göstərir. Layihənin təməli 2024-cü ilin aprelində Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə qoyulub. 528 şagird yerlik tam orta məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib.

Bu layihə həm də mədəni simvolizm baxımından önəmlidir. Məktəbə adını verən “Manas” Qırğız xalqının, ümumilikdə türk dünyasının ən böyük qəhrəmanlıq eposudur, “Ayköl” isə “göl” mənasında, su və həyat simvoludur. “Ayköl Manas” adı Qarabağda həyatın, bilik və mədəniyyətin yenidən doğuluşunu ifadə edir.

Qazaxıstanın dəstəyi ilə Füzuli şəhərində uşaqlar üçün inşa edilən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin təməli 2023-cü ilin martında qoyulub, açılışı ötən il baş tutub. Mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb.

Yeni təhsil kompleksi üçün Kurmanqazı adının seçilməsi də təsadüfi deyil. Görkəmli musiqiçinin əfsanəvi əsərləri bütün Türk dünyasının mirasına çevrilib. Mərkəzin yaradılması Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, gənclərin keyfiyyətli təhsilinə, regionda yaradıcılığın, idmanın və elmin inkişafına töhfə vermək məqsədi daşıyır.

Bu gün isə Türkmənistan tərəfindən Füzulidə inşa ediləcək məscidin təməlqoyma mərasimi keçirilib. Məscid kompleksinin ümumi ərazisi 1 hektardan çox olacaq. Məscid binasında hər biri 40 metr olmaqla 2 minarə inşa ediləcək. Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək. Burada eyni vaxtda 500 nəfər ibadət edə biləcək.

Qarabağ işğal altında qaldığı illərdə oradakı dini abidələr dağıdılmış, məscidlər təhqir olunmuşdu. Türkmənistanın məscid tikməsi bu mənəvi zədələrin sağalmasına yönəlmiş bir jest hesab olunur.

Macarıstan tərəfindən isə Cəbrayılda məktəb tikintisi nəzərdə tutulub. Macarıstanın Qarabağın quruculuğunda iştirakı Türk dünyası ilə Avropa arasında yeni mədəni körpü formalaşdırmaq baxımından diqqətəlayiqdir.

Türk dövlətlərinin Qarabağda inşa etdiyi bu məktəblər, məscidləri sıradan sosial obyektlər hesab etmək doğru deyil. Onlar “Böyük Qayıdış” proqramının əsas dayaqlarındandır. Məktəblər regionun təhsil infrastrukturunun bərpası ilə yanaşı, əhalinin məskunlaşması və sosial sabitliyin yaranması üçün də həlledici əhəmiyyət daşıyır. Hər bir məktəb gələcəyə, sabaha, bilik və mədəniyyətə investisiyadır. Uşaqların təhsilə qovuşması, müəllimlərin bölgəyə qayıtması və ailələrin yenidən həyat qurması bu binalarla başlayır. Bu baxımdan, türk dövlətlərinin layihələri həm humanitar, həm də strateji xarakter daşıyır.

Layihələr Türk Dövlətləri Təşkilatının real əməkdaşlıq müstəvisinə çevrildiyini sübut edir. Qarabağda inşa olunan hər bir məktəb, mərkəz, məscid və mədəniyyət ocağı türk dövlətləri arasında qarşılıqlı etimadın və ortaq dəyərlərin bariz təcəssümüdür.

Bu təşəbbüslərin əsas mesajı odur ki, Türk dünyası təkcə tarixdə deyil, bu gün də birgə gələcək qurmaq əzmindədir. Qarabağ torpağında tikilən hər bir məktəb, ucaldılan hər bir bina bu birliyin konkret ifadəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri