Icma.az
close
up
RU
Tariximizin parlaq səhifəsi “Dəmir yumruq” əməliyyatı

Tariximizin parlaq səhifəsi “Dəmir yumruq” əməliyyatı

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Bu gün, noyabrın 8-də xalqımız böyük qürurla tarixi Zəfər Bayramını və “Şuşa Şəhəri Günü”nü qeyd edir. Hər iki tarixi Gün münasibətilə xalqımızı, Müzəffər Ali Baş Komandanı, Silahlı Qüvəllərimizin bütün mənsublarını, şəhid ailələrini, qaziləri və müharibə iştirakçılarını ürəkdən təbrik edirəm".

Moderator.az xəbər verir ki, bunu millət vəkili Azay Quliyev deyib.

Azad Quliyev bildirib ki, Vətən üçün canlarını fəda edən qəhrəman Şəhidlərimizin əziz xatirəsini sonsuz minnətdarlıq hissilə anır və onlara Allahdan rəhmət diləyirəm:

"Dünya hərb tarixinə qəhrəmanlıq və peşəkarlıq nümunəsi kimi qızıl hərfləlrə yazılan, yeni milli kimliyimizi bəlirləyən, 200 illik milli faciələr silsiləsinə son qoyan və milli ləyaqət tariximizə çevrilən 8 Noyabr Günü hər bir azərbaycanlının və bütövlükdə, Türk dünyasının 21-ci yüzildəki Zəfər səlnaməsidir.

İllər keçsə də 44 günlük Vətən müharibəsində mislsiz igidlik və şücəat nümunələri yaratmış əsgər və zabitlərimizin qəhrəmanlığı və döyüşkən vətənpərvərlik ruhu; Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdərlik bacarığı, qətiyyəti, siyasi dühası və diplomatik məharəti, qələbəmizi təmin edən milli birlik və siyasi həmrəylik haqqında hər zaman ürəkdolusu və fəxarətlə danışılacaq.

Bu qələbəni Azərbaycan və onun Lideri təkcə döyüş meydanında vuruşaraq qazanmadı. Dünya erməniliyinin 100 illik maddi və siyasi resurslarını özündə cəmləyən Ermənistan və onu açıq müdafiə edən qlobal güclərin ölkəmizə qarşı açdığı digər cəbhələrdə - informasiya və diplomatiya cəbhəsində də mücadilə edərək, haqqımızı qoruyaraq və bütün iftiralara və təzyiqlərə sinə gərərək bu Zəfəri qazandıq".

Millət vəkili vurğulayır ki, igidlərimizin noyabrın 8-də sıldırım qayaları aşaraq Qafqazın incisi olan Şuşanı azad etməsi müharibənin taleyini həll etdi:

"Müzəffər Ali Baş Komandan 10 noyabr Üçtərəfli Bəyanatı imzalamaqla bir tərəfdən Ermənistanın  kapitulyasiyasını rəsmiləşdirdi, digər tərəfdən, Ağdam, Kəlbəcər və Laçın rayonlarını müqavimətsiz və itkisiz azad olunmasına nail oldu.  Bu dünyanın son 100 illik tarixində işğal olunmuş ərazilərin hərbi-siyasi yolla azad etməyin yeni uğurlu nümunəsi idi. Bunun ardınca Qarabağın yerdə qalan hissəsinin 2023-cü ilin  sentyabrında cəmi 1 günə işğalçılardan və separatçılardan tam təmizlənməsi, Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması isə dövlətimizin bənzəri olmayan çox böyük tarixi qələbəsi  idi.

Son 20 ildə Prezident İlham Əliyevin yeni baxışları və əlavə etdiyi müasir dövlətçilik anlayışı ilə daha da zənginləşən Heydər Əliyev siyasəti zirvələri fəth edərək Azərbaycanın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. 

Azərbaycanın və onun Liderinin uğuru həm də onunla izah olunur ki, xalqımız torpaqlarımızın azad olunmasına qədər çox böyük inkişaf və tərəqqi yolu keçdi. 12 noyabrda 29 yaşını qeyd edəcəyimiz  Ulu Öndərin müəllifi olduğu Konstitusiyamızda təsbit olunan  müstəqil dövlət quruculuğuna sözdə yox, real həyatda nail oldu,   siyasi, sosial, mədəni, iqtisadi sahələrdə və ən vacibi isə ordu quruculuğunda, vətənpərvər gənc nəslin yetişdirilməsində, vətəndaş cəmiyyətinin möhkəmlənməsində köklü dəyişiklərə və uğurlara imza atdı".

Millət vəkilinin sözlərinə görə, uğradıqları acı məğlubiyyəti heç cür həzm edə bilməyənlər və Azərbaycanın  ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi ilə razılaşmayanlar ölkəmizə qarşı apardıqları savaşı dayandırmaq fikrində deyillər. 

"Bu dairələrin hədəfi dəyişməz olaraq qalır: ölkəmizin beynəlxalq nüfuzuna və əlaqələrinə ola biləcək qədər zərbə vurmaq, iftira və yalan kamapaniyasını genişləndirmək, sementləşən milli birliyimizi və siyasi həmrəyliyimizi zədələmək, qələbəmizi unutdurmaq və ya adiləşdirmək,  ictimai mühütü zəhərləmək və ideoloji təhlükəsizliyimizi daim təhdid altında saxlamaq. Bunun üçün onlar hər cür çirkin üsullara əl atır, milli maraqlara hər zaman xəyanət etmiş AXCP və “Milli Şura” kimi cəmiyyətdən dışlanmış marginal qrupların, eyni zamanda, xaricdə kiraladıqları “azərbaycanlıları”n xidmətindən geniş şəkildə istifadə edirlər.

Ancaq onlar heç nəyə nail ola bilməyəcəklər. Azərbaycanda nə qədər  güclü Lider, milli birliyik və həmrəylik var, nə qədər ki, milli birliyimizin və gücümüzün rəmzi olan “Dəmir yumruq” yerindədi  anti-Azərbaycan qüvvələrin məkrli planlarının həyata keçməsi mümkün olmayacaq.

Zəfər Bayramın və Şuşa Şəhəri Günün mübarək və əbədi olsun, Azərbaycan xalqı!".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Noyabr 2024 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri