Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Qarabağda yaşıllıq hərəkatı: Azad edilmiş ərazilərdə ekoloji layihələr ARAŞDIRMA

Qarabağda yaşıllıq hərəkatı: Azad edilmiş ərazilərdə ekoloji layihələr ARAŞDIRMA

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 31 oktyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Azərbaycanın azad edilmiş ərazilərində həyatın yenidən bərpası genişmiqyaslı və çoxşaxəli prosesdir. Bu prosesin əsas istiqamətlərindən biri isə ekoloji tarazlığın bərpası, təbiətin canlandırılması və regionun yaşıl inkişaf modelinə uyğun şəkildə qurulmasıdır. Uzun illər işğal altında qalan torpaqlarda ekosistem ciddi zərər görüb, meşələr məhv edilib, su mənbələri çirklənib, torpaq örtüyü eroziyaya uğrayıb. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hazırlanan hesabatda bu ərazilərdə törədilən ekoloji cinayətlər ayrıca vurğulanır. Hesabatda qeyd olunur ki, Qarabağ və Şərqi Zəngəzurda ekosistemin bərpası uzun illər və milyardlarla manat vəsait tələb edir. Bu gün isə həmin ərazilərdə həyata keçirilən yaşıllıq hərəkatı ilə bağlı təşəbbüslər Azərbaycanın ekoloji siyasətinin ən mühüm istiqamətlərindən birinə çevrilib. Bu layihələr təkcə təbiətin bərpasını deyil, həm də gələcək nəsillər üçün dayanıqlı inkişaf mühitinin formalaşdırılmasını hədəfləyir. Füzuli, Zəngilan, Cəbrayıl, Kəlbəcər və Laçın kimi rayonlarda yeni meşə massivlərinin salınması, “yaşıl enerji zonası” konsepsiyası çərçivəsində bərpa olunan enerji mənbələrinin tətbiqi, ekoturizmin təşviqi və biomüxtəlifliyin qorunması istiqamətində ardıcıl addımlar atılır.

Bu hərəkat eyni zamanda Qarabağın bərpasına ekoloji baxışın simvoluna çevrilib. Burada hər ağac əkini, hər təmizlənən çay yatağı, hər yeni yaşıllıq sahəsi azad edilmiş torpaqlarda həyatın yenidən doğulmasının göstəricisidir. “Yaşıl Qarabağ” ideyası artıq real layihələrdə, sahəvi təşəbbüslərdə və regionun yeni inkişaf strategiyasında öz əksini tapır.

AZƏRTAC azad edilmiş ərazilərdə həyata keçirilən ekoloji layihələrin məqsədləri, görülən işlərin miqyası, dövlət və ictimai təşkilatların rolu, həmçinin bu prosesin bölgənin sosial-iqtisadi və ekoloji gələcəyinə təsirləri ilə bağlı araşdırma yazısını təqdim edir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasəti nəticəsində Azərbaycanın yalnız torpaqlarını deyil, eyni zamanda bu ərazilərdəki təbii sərvətlərini, ekoloji tarazlığını və biomüxtəlifliyini itirdiyinə diqqət çəkib. Onun sözlərinə görə, bu faktlar sadəcə lokal ətraf mühit pozuntusu deyil, beynəlxalq hüquqda “ekosid” adlandırılan anlayışın reallığıdır. İşğal dövründə bölgədə aparılan qeyri-qanuni iqtisadi fəaliyyətlər, dağ-mədən sənayesində kortəbii qazıntılar, meşələrin kütləvi qırılması, çayların axar istiqamətinin dəyişdirilməsi, torpaqların zibillik kimi istifadə olunması regionun ekologiyasına və insan sağlamlığına bərpaolunmaz zərər vurub.

Bərpa olunan enerji mənbələrinin 2030-cu ilə qədər 30 faizə çatması hədəflənir

“Hazırda bu ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5 MVt-dan çox olan günəş panelləri quraşdırılıb. Cəbrayıl rayonunda “Şəfəq”, “Üfüq” və “Şəms” kimi günəş enerjisi layihələri həyata keçirilir. Bununla yanaşı, 307 MVt gücündə 38 su elektrik stansiyası fəaliyyət göstərir. Azərbaycan ümumi enerji balansında alternativ və bərpa olunan enerji mənbələrinin payını 2030-cu ilə qədər 30 faizə çatdırmağı hədəfləyir. 2050-ci ilə qədər isə azad olunmuş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması planlaşdırılır ki, bu da Azərbaycanın qlobal dekarbonizasiya səylərinə mühüm töhfə verəcək”,-deyə deputat əlavə edib.

P.Vəliyevanın sözlərinə görə, Azərbaycanın Zəngilan rayonunda yerləşən Ağalı kəndi, işğaldan sonra həyata keçirilən bərpa və innovasiya siyasətinin ən parlaq nümunəsidir. Uzun illər viran qalmış kənd indi tamamilə yeni konsepsiya ilə “ağıllı kənd” modeli əsasında yenidən qurulub. “Ağalı kəndində tətbiq olunan “ağıllı idarəetmə sistemi” su, enerji və yol infrastrukturlarının “ağıllı bulud platforması”na inteqrasiyasına imkan verir. Sakinlər fiber-optik internet, onlayn tibbi məsləhət xidmətləri və elektron idarəetmə sistemləri vasitəsilə daha səmərəli və rahat həyat tərzi sürürlər. Bu layihə həm kənd həyatının müasir standartlara uyğunlaşdırılması, həm də ekoloji dayanıqlı yaşayış modelinin təbliği baxımından strateji əhəmiyyət daşıyır”.

Quruculuq işlərinin əsas istiqamətlərdən biri çirkab suların idarə olunmasıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov işğaldan azad olunmuş ərazilərdə ətraf mühit çirklənməsinin qarşısını almaq, ekoloji cəhətdən dayanıqlı inkişafı təmin etməyin əsas prioritet olduğuna diqqət çəkib: “İşğaldan azad edilmiş ərazilərdə 9 su anbarı və 14 əsas çay mövcuddur. Hazırda bu çay hövzələrində avtomatik suölçmə cihazları quraşdırılır. Eyni zamanda, Həkəri və Bərgüşad çayları üzərində iki yeni su anbarının tikintisi planlaşdırılır. Bu layihələr həm yeni salınacaq şəhərlərin əhalisinin içməli su ilə təminatında, həm də kənd təsərrüfatının suvarma sistemlərinin bərpasında mühüm rol oynayacaq. Su resurslarının səmərəli idarə edilməsi bölgədə ekoloji tarazlığın bərpası üçün vacib amildir.

Əsas istiqamətlərdən biri də çirkab suların idarə olunmasıdır. İşğal dövründə Şuşa və Xankəndi şəhərlərində ətraf mühitin çirklənməsi, xüsusilə su ehtiyatlarının korlanması ciddi problem olub. Çirkab suların birbaşa təmiz su mənbələrinə axıdılması nəticəsində ekoloji tarazlıq pozulub. Bu səbəbdən hazırda Xankəndidə sutəmizləmə qurğularının quraşdırılması, Şuşada isə içməli su təchizatı sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Bu tədbirlər gələcəkdə bölgənin su ehtiyatlarının təmiz və davamlı saxlanılmasını təmin edəcək. Beləliklə, azad edilmiş ərazilərdə görülən bərpa işləri təkcə fiziki infrastrukturun yenidən qurulması deyil, həm də ekoloji cəhətdən sağlam və dayanıqlı gələcəyin formalaşdırılması istiqamətində atılan strateji addımlardır.

Ekologiya üzrə mütəxəssis Gülşən Axundova isə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan ilkin ekoloji monitorinqlər zamanı 1990–2020-ci illər arasında Qarabağda meşə fondunun təxminən 60 faizinin məhv edildiyi, torpaq eroziyası və su hövzələrinin qurumasının müşahidə olunduğu aşkarlanıb. “Ancaq hazırda Qarabağda həyata keçirilən yaşıllıq hərəkatı regional əməkdaşlıq üçün də yeni imkanlar açır. Azərbaycan “yaşıl enerji zonası” konsepsiyası ilə regionda bərpa olunan enerji mənbələrinin inkişafını təşviq edir. Külək, günəş və hidroenerji potensialı Qarabağda yeni iqtisadi ekosistemin əsasını qoyur. Eyni zamanda, bu layihələr ekoloji təhlükəsizliyə və iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verir. Qarabağda əkilən hər bir ağac həm təbiətin bərpasına, həm də Azərbaycan xalqının sülh, dirçəliş və yenidənqurma simvoluna çevrilib.

Həmçinin məktəblərdə və yerli icmalarda “Yaşıl məktəb”, “Təmiz Qarabağ”, “Bir ağac da sən ək” kimi təşəbbüslər həyata keçirilir. Bu layihələr gənclərdə ekoloji məsuliyyət hissinin formalaşdırılmasına, təbiətə qayğının həyat tərzinə çevrilməsinə xidmət edir. Bütün bu fəaliyyətlər Azərbaycanın “Yaşıl dünya” təşəbbüsünün tərkib hissəsidir və ölkənin 2030-cu ilədək iqlim dayanıqlığı strategiyasına uyğundur”,- deyə ekologiya üzrə mütəxəssis əlavə edib.

Beləliklə “Qarabağda yaşıllıq hərəkatı” həm milli həmrəylik, həm də beynəlxalq əməkdaşlıq nümunəsi kimi Azərbaycanın yaşıl gələcəyinə gedən yolun ən parlaq simvoludur. Bu gün Qarabağda qurulan hər yeni şəhər, quraşdırılan hər günəş paneli, təmizlənən hər hektar torpaq gələcək nəsillər üçün daha təmiz, təhlükəsiz və davamlı həyatın təməlini qoyur. Qarabağ və Şərqi Zəngəzur artıq dağıntı və fəlakət simvolu deyil, yaşıl dirçəlişin, innovasiyanın və sülhün rəmzinə çevrilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see224

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see206

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see172

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see158

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri