Icma.az
close
up
RU
Qarabağdakı yanğınlarda insan faktoru mühüm rol oynayır DEPUTAT

Qarabağdakı yanğınlarda insan faktoru mühüm rol oynayır DEPUTAT

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Son dövrlərdə Qarabağ və Şərqi Zəngəzurda müxtəlif ölçülü yanğınlar vaş verir. 

Modern.az-a açıqlamasında Milli Məclisin Laçından olan deputatı Rövşən Muradov qeyd edib ki, ilk ciddi yanğın hadisəsi iyulun 16-17-də Laçın rayonunda baş verdi. Onun sözlərinə görə, yanğın 14 hektara qədər ərazini əhatə edib.

“Həmin dövrdə bölgədə quraqlıq hökm sürürdü, dağlıq ərazilərdə səhərlər otlar şehli olduğundan bu, qismən təhlükəni azaldırdı. Lakin bu il meşələrdə nəmlik səviyyəsi xeyli aşağı düşüb və bu da yanğın riskini artırıb.

Doğrudur, meşələr ekosistem üçün əvəzolunmazdır – torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır, havanı təmizləyir. Fotosintez nəticəsində oksigen istehsal edir və karbon qazını udur. Eyni zamanda, maddələr dövriyyəsində və bioloji enerjinin ötürülməsində də mühüm rol oynayır. Ancaq təəssüf ki, bəzi insanlar meşələrə qarşı məsuliyyətsiz davranır və onların qorunmasına laqeyd yanaşma sərgiləyirlər”.

Deputat bildirib ki, ölkəmizdə hələ 1997-ci ildən qüvvədə olan "Meşə Məcəlləsi" bu sahəni ciddi tənzimləyir. Məcəllədə 80-ə yaxın maddə mövcuddur və 61-ci maddə yanğın təhlükəsizliyi və meşələrdə nəzarət mexanizmləri ilə bağlıdır:

“Digər ölkələrdə meşələrə və park ərazilərinə daxil olan şəxslərdən yandırıcı vasitələr alınır, siqaret çəkməyə qadağalar tətbiq olunur. Təəssüf ki, bu cür tədbirlər bizdə hələ geniş şəkildə tətbiq edilmir. Meşələrimiz çirkləndirilir, icazəsiz tonqallar qalanılır.

“Sovet dövründə meşəbəyilər tərəfindən müəyyən nəzarət həyata keçirilirdi. Hazırda Qarabağ bölgəsində əsas diqqət bərpa və tikinti işlərinə yönəlib. Meşə təhlükəsizliyinə nəzarət olsa da, bu proseslər daha da gücləndirilməlidir. İctimai tədbirlər və pikniklər zamanı aidiyyəti qurumlar konkret nəzarət mexanizmləri tətbiq etməlidirlər. Tonqal yandırılmasına yalnız icazə verilmiş ərazilərdə və təhlükəsizlik qaydalarına uyğun şəkildə icazə verilməlidir”.

Laçında baş verən yanğında Sus kənd sakinlərinin məsuliyyətsiz davranışı nəticəsində yanğın yayılıb. Özləri söndürməyə cəhd etsələr də, külək səbəbilə yanğın nəzarətdən çıxıb. Yay aylarında yanğınların əsas səbəbi insan amilidir. Elə bu baxımdan meşələrdə yanğın təhlükəsizliyi tədbirləri mütləqdir”.

R.Muradovun sözlərinə görə, bu işə birbaşa cavabdeh qurum – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Bərpası və Mühafizəsi Departamenti mühüm rol oynayır.

“Bu struktur və onun mühəndisləri yanğın təhlükəsizliyi rejimini meşə təsərrüfatlarında tətbiq etməli və daimi nəzarət həyata keçirməlidir. Yanğınsöndürmə texnikalarının işlək vəziyyətdə saxlanılması, su mənbələrinin mövcudluğu və yolların əlçatanlığı daima yoxlanmalıdır. İşçilər yanğınsöndürmə qaydaları üzrə mütəmadi təlimlərə cəlb olunmalıdır”.

Millət vəkili onu da diqqətə çatdırıb ki, bu problem təkcə Qarabağ və ya Azərbaycanla məhdudlaşmır, belə yanğınlar qlobal miqyas alıb. Onun fikrincə, Qarabağda, xüsusilə Xocavənd, Ağdərə və Zəngilanda son aylarda çoxlu yanğın hadisələri qeydə alınıb və əksəriyyəti insan faktoru ilə əlaqəlidir:

“Meşə Məcəlləsinin tələblərinin pozulması cinayət məsuliyyəti doğurur. Yanğınlar təkcə ekosistemə deyil, insanların təhlükəsizliyinə, bərpa və infrastruktur layihələrinə də ciddi zərər vurur. Qarabağda bu risklərə minalar və partlamamış hərbi sursatlar da əlavə olunur. Belə obyektlərin partlaması yanğınların yayılma trayektoriyasını dəyişdirir,eləcə də yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir”.

O həmçinin söyləyib ki, Qarabağın mürəkkəb relyefi və post-münaqişə vəziyyəti kontekstində yanğınların idarə olunması üçün institusional əməkdaşlıq vacibdir:

“Dövlət qurumları, yerli icra hakimiyyətləri və əhali arasında koordinasiya gücləndirilməli, əhali mütəmadi maarifləndirilməlidir. Erkən xəbərdarlıq sistemləri qurulmalı, texnoloji və qabaqlayıcı tədbirlər həyata keçirilməlidir”.

Həmsöhbətimiz eyni zamanda vurğulayıb ki, yay aylarında müşahidə olunan yüksək temperatur, aşağı rütubət və küləkli hava şəraiti yanğın riskini artırır.

“Torpaqda və bitki örtüyündə nəmlik azalır, bu da alovlanmanı asanlaşdırır. Hətta bir kibrit və ya termik impuls belə sürətli yanğına səbəb ola bilər.

Qarabağda baş verən yanğınlar gəldikdə isə bəzi hallarda bu təxribat nəticəsində də yaranır. Laçın kimi sərhədyanı rayonlarda düşmən tərəfindən planlaşdırılmış təxribat ehtimalı da nəzərə alınmalıdır. Buna görə də bütün aidiyyəti qurumlar ayıq-sayıq olmalı, meşə zonalarında nəzarət sistemi gücləndirilməlidir”.

R.Muradov sonda qeyd edib ki, meşələrin məhv edilməsi təkcə yaşıllığın itirilməsi deyil - havanın çirklənməsi, torpaqların eroziyaya uğraması, su ehtiyatlarının azalması və ekoloji tarazlığın pozulması deməkdir. Bu səbəbdən meşələrin qorunması milli prioritet olmalıdır:

“Qarabağda baş verən yanğınlar bir siqnaldır – təbiət insanlara kömək üçün çağırış edir: "Məni qoruyun ki, mən də sizə xidmət edə bilim". Dövlət qurumları, yerli icra hakimiyyətləri və əhali bu çağırışı ciddi qəbul etməli, bütün resurslar səfərbər edilməlidir”,- deputat bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Avqust 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri