Icma.az
close
up
RU
Deputat: Ermənilər xristian olsa da, Qarabağdakı xristian abidələrinə də hörmət qoymayıb

Deputat: Ermənilər xristian olsa da, Qarabağdakı xristian abidələrinə də hörmət qoymayıb

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Torpaqlarımız işğal altında olarkən biz acı təcrübə yaşadıq”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində deputat Rizvan Nəbiyev deyib.

Deputat bildirib ki, bir yer, bir məkanın bir xalqa məxsus olması təkcə beynəlxalq hüquqla ölçülmür: “Qəbul olunan odur ki, bir xalq uzun müddət bir yerdə yaşayıbsa, onun maddi mədəni irsi olmalıdır. Xüsusilə Şuşanın bizə məxsusluğu il bağlı bu sual dəfələrlə qaldırılıb. Buna da cavab verən çoxsaylı amillər var. Onlardan da biri məşhur alman alim Hesdir. O bizim dilimizi gözəl bilir, Şuşanın irsi haqqında yazdığı kitabda qeyd edib ki, XIX əsrin sonunda Şuşa və ətrafda 95 azərbaycanlı şair və yazıçı yaşayırdı, 18 bəstəkar var idi, 22 azərbaycanlı müğənni var idi. Biz bunu ermənilərin dedikləri ilə müqayisə etsək, həmin dövrdə ermənilərin adını çəkəcəyi bir şəxs belə olmayıb. Hazırkı dəyişiklik etdiyimiz qanunda da nəzərdə tutulur ki, hansısa xalqın, dövlətin əraziləri işğala məruz qalırsa, onun abidələri qənimət kimi ələ keçirilərsə, onda beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalı və hesabat təqdim olunmalıdır. Hesabatın təqdim olunması üçün biz bu pasportlaşmaya ehtiyac duyuruq”.

Rizvan Nəbiyev bildirib ki, 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşanın mərkəzi hissəsi tarixi və mədəni qoruq elan olunub: “Bu gün həmin hissənin UNESCO Konvensiyasına əsasən, qorunan abidələr siyahısına daxil edilməsi ilə bağlı fəaliyyət ortaya qoyulub”.

Deputat əlavə edib edib ki, işğal dövründə 437 mədəni abidə ciddi ziyana məruz qalıb: "Təsəvvür edin Xocalı rayonu ərazisində Pirlər adlı abidədən silah anbarı kimi istifadə olunub. Bu xristian abidəsidir. Bu fakt göstərir ki, qarşı tərəf xristian olsa da, heç xristian abidəsinə də hörmət qoymayıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Aprel 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri