“Qarabağ”dan ayrılmayacağı dəqiqləşdi o, Qurban Qurbanov üçün 7 il oynayacaq!
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Bilindiyi kimi, “Qarabağ”ın heyətdə ciddi dəyişikliklər edəcəyi gözlənilir.
Daha əvvəl saytımızda yayda klubla müqaviləsinin müddəti bitəcək futbolçuların adlarını dərc etmişdik. Xatırladaq ki, bunlar Şahruddin Məhəmmədəliyev, Kevin Medina, Bədavi Hüseynov, Mateus Silva, Abbas Hüseynov, Marko Veşoviç, Patrik Andrade və Yassin Benzya idi.
“Football-plus.az”ın məlumatına görə, Medinayla müqavilənin müddəti mövsümün sonunda bitmirmiş! Sən demə, “köhlən atlar” cari mövsümün birinci yarısında kolumbiyalı stoperlə növbəti dəfə danışıqlar masası arxasında əyləşərək müqaviləsinin müddəti daha iki artırıb. Yəni təcrübəli futbolçu 2027-ci ilin yayına qədər ağdamlıların şərəfini qoruyacaq.
Xatırladaq ki, Medina 2020-ci ilin yayından “köhlən atlar”ın uğurları üçün tər tökür.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 22 Aprel 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















