Icma.az
close
up
RU
“Qarabağ”dan Dublin qələbəsini Bakıda təkrarlamağı gözləyirik

“Qarabağ”dan Dublin qələbəsini Bakıda təkrarlamağı gözləyirik

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Başlanğıc arzuladığımızdan da qat-qat yaxşı oldu. Ağdam komandası onunla görüşədək avrokuboklarda öz meydanında keçirdiyi 11 oyunda məğlubiyyət acısı dadmayan “Şelburn”a böyük hesabla qalib gəlib, Dublindən Bakıya qəhrəman kimi, ya da 3 nida işarəsinə layiq 3 cavabsız qolla qayıtdı.

İndi adama elə gəlir ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqası turnirinin 3-cü təsnifat mərhələsinə yüksəlmək vəzifəsini böyük ölçüdə həll etmişdir. Hər halda, 2-ci mərhələnin elə 1-ci raundunda Leandro Andradenin erkən, Aleksey Kaşukla Nəriman Axundzadənin son 10 dəqiqə qolları məhz belə düşünməyə ciddi əsas verir.

Bu gün isə 2-ci raundda döyüşmək, uzaq İrlandiya adasında uğurla başladığımız işi öz meydanımızda sona çatdırmaq lazımdır. Başda Andrea Kolombo olmaqla italiyalı hakimlər briqadası saat 20-də matçda ədaləti qorumaq üçün iş başına keçib, UEFA-nın etimadını doğrultmağa çalışacaq.

Yeri gəlmişkən, əgər köhnə vaxtlarda və ya o uzaq illərdə, “Neftçi”nin oyunlarına bəzən ac-susuz qaça-qaça getdiyimiz günlərdə stadionumuzun tribunaları 37 mindən bir qədər çox tamaşaçı qəbul edirdisə, indi yeniləşən və müasirləşən “Tofiq Bəhramov”un tribunaları 31 min 200 tamaşaçıya xidmət edir. Amma bu da kiçik göstərici deyil. Güman etmək olar ki, axşam tribunalarda böyük canlanma olacaq və bütün stadion “Qarabağ”ı gurultulu alqışlarla qarşılayacaq.

Futbol ictimaiyyətimizə məlum olduğu kimi, Ağdam komandası 3-cü təsnifat mərhələsinə “bileti” rəsmləşdirəcəyi təqdirdə 2-ci mərhələdə Şimali Makedoniyanın “Şkendiya” və Rumıniyanın FCSB komandaları arasında keçirilən görüşlərin qalibi ilə qarşılaşacaq. Skopyedə oynanılmış birinci matçdan sonra “Şkendiya” 1:0 hesabı ilə irəlidədir. Bu cütdə də hər şeyə bu axşam Buxarestdə aydınlıq gətiriləcək.

Səfərdəki parlaq qələbəsi tərəfdarlarında yüksək əhval-ruhiyyə və daha işıqlı gələcəyə böyük inam yaradan “Qarabağ”a evdə də rəqibindən üstün futbol sevinci yaşamaq arzusu ilə keçid alaq Konfrans Liqasına.

Burada 2-ci təsnifat mərhələsində çıxışlarımıza “Neftçi Arena”da “Zirə” ilə başladıq. Sonuncu milli çempionatımızın gümüş mükafatçısı Xorvatiyanın Split şəhərinin “Hayduk” komandası ilə görüşdə artıq yarım saatın tamamında qola sevinsə də, sürüşkən 1:0 hesabını qoruyub saxlamaq mümkün olmadı. Fasilədən sonra “Hayduk” cavab qolu ilə həm hesabı, həm də doğma şəhərində görüş ərəfəsində imkanları bərabərləşdirdi. Split qarşılaşmasında isə nələrin baş verəcəyini əvvəlcədən demək çətindir. Yalnız onu bilirik ki, xorvatlar üçün də asan olmayacaq, “Zirə” futbolçuları mərhələ adlamağa onlardan az layiq deyillər.

Tarixində ilk dəfə rəsmi beynəlxalq meydana çıxıb, avrokuboklara qoşulmasını elə ilk oyunda Yunanıstanın “Aris” klubu üzərində qələbə ilə qeyd edən “Araz Naxçıvan” hamımızı yaxşı mənada təəccübləndirdi. Elmar Baxşıyevin komandasında böyük əzmkarlığı ilə sanki “ölərəm, meydanı qol vurmadan tərk etmərəm” demək istəyən Felipe Santosla onun yeni oyundaşı, sabiq “Qarabağ”lı Patrik Andradenin cəmi 3 dəqiqə ərzində vurduqları 2 gözəl qol sonuncu Premyer Liqanın bürünc mükafatçısını 1-ci raunddan sonra hesabda irəli çıxardı (2:1). Bununla belə, hələ heç nə həll olunmayıb. Hər şey sabah axşam “Aris”in stadionunda cavab görüşündə həllini tapacaq. “Araz Naxçıvan” da tam heyətlə bunu hamıdan yaxşı bilir. İstərdik ki, israilli hakimin idarə edəcəyi oyunda beynəlxalq meydanda debütant komanda təcrübəli rəqiblə mübarizədə bir daha qətiyyətlə öz sanballı sözünü desin.

Xəsislik etməyib, “Sabah”ın da ünvanına xoş sözlərimizi əsirgəməyək. Komanda Avroliqada, əslində, bərabər mübarizədə “Çelye” (Sloveniya) səddini keçə bilməsə də, “konfransda” çıxışlarına gur səslə başlayıb. Kişinyovun “Zimbru” stadionunda Moldovanın “Petrokub” komandası üzərində iki cavabsız qolla qələbə qibtəediləcək nəticədir. Bakı matçından sonra da hamımızın “Sabah”a rəğbətlə danışması daha da yaxşı olar.

Sonda belə bir fikir də ağlıma gəlir ki, avrokuboklar oyunları zamanı sanki biz özümüz də çətin sınaqlarla təkbətək qalırıq. Həyəcanla gözləyir, sonra da izləyir, hər şey yaxşı olanda isə sevincdən özümüzü göyün 7-ci qatında hiss edirik. Bu günlər sosial şəbəkələrdə diqqətə çatdırılan səmimi rəylər də bizim insanların futbola və klublarımıza böyük sevgisinin ifadəsidir. Belə ola həmişə.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:289
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2025 01:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri