Icma.az
close
up
RU
Qarabağdan gedən ermənilər cinayətkar olur: Narkotik satışı, oğurluq...

Qarabağdan gedən ermənilər cinayətkar olur: Narkotik satışı, oğurluq...

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qarabağda ləğv olunmuş qondarma rejimin keçmiş “dövlət katibi”, hazırda Ermənistanda vəkillik fəaliyyəti ilə məşğul olan Qurgen Nersesyan “Hraparak” qəzetinə müsahibə verib. 

Nersesyan əsasən Qarabağdan könüllü köçən ermənilərin Ermənistanda qalıb yaşamaq istəməməsinin səbəbləri ilə bağlı sualları cavablandırıb. 

“Cebheinfo.az” xəbər verir ki, onun sözlərinə görə, Ermənistanda Qarabağdan gələn ermənilərə qarşı ayrıseçkilik və nifrət son həddə çatıb: 

“Onlar öz vətənlərində kifayət qədər sosial təminata malik olmadıqları üçün gedirlər. Onlar sıfırdan başlamaq məcburiyyətində qaldıqlarına, Ermənistanda ilkin 

şərtləri görmədiklərinə və ya başqa ölkədə şanslarını sınamaq istədiklərinə görə gedirlər. Onlar bu gərginlik, bir-birinə nifrət, düşmənçilik mühitinə uyğunlaşmadıqları üçün çıxıb gedirlər”,-Nersesyan belə deyib. O, bildirib ki, Qarabağdan gələn ermənilərin cinayət işləri ilə bağlı məhkəmə proseslərində diferensiallığa yol verilir: 

“Lakin bu və digər hallar problemin yanlış diaqnozunun nəticəsidir. Son zamanlar Qarabağdan gələnlərin narkotik vasitələrin qanunsuz dövriyyəsi və ya mülkiyyət əleyhinə cinayətlərdə iştirak etməsi halları müşahidə olunur. Şübhə yoxdur ki, dövlət cinayətlərin üstünü açmaq, günahkarları məsuliyyətə cəlb etmək, cəzaçəkmə müəssisələrinə göndərmək iqtidarındadır. 

Onlar da istisna deyil. Amma son nəticədə etiraf etmək lazımdır ki, Ermənistan Respublikasında yaşayan “qarabağlılar” sosial, kriminal və sosial-iqtisadi xüsusiyyətlərə malik ümumiləşdirilə bilən bir qrupdur, onlarla ayrı-ayrılıqda iş aparmaq, o cümlədən onları cinayət hadisələrindən qorumaq lazımdır. 

Təəssüflər olsun ki, iki müharibədən keçmiş keçmiş hərbçi öz təcrübəsini və bacarığını Ermənistan Respublikasının xeyrinə sərf etmək əvəzinə, bu gün oğurluq və ya narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak ittihamı ilə müttəhim kürsüsündə əyləşir. Əgər bu qəbildən olan problemlərin həllini cinayətkarın müəyyən edilib mühakimə olunmasında görürüksə, bu istiqamətdə də uğursuzluğa məhkumuq”. 

Müşfiq Abdulla
“Cebheinfo.az”

Açar sözlər: Qurgen Nersesyan qarabağdan gedən ermənilər cinayət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Aprel 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri