“Qarabağ”dan gözlənilməz transfer gedişi FOTO
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransanın U-19 futbol millisinin sabiq üzvü Jali Muaddibin adı “Qarabağ”la hallandırılır.
İdman.Biz xəbər verir ki, Rumıniyanın “iAMsport” nəşrinin yaydığı məlumata görə, vaxtilə "Botoşani"dən ayrılan 25 yaşlı cinah oyunçusu yayda Ağdam təmsilçisinə keçə bilər. Mənbə iddia edir ki, futbolçuya maraq göstərən tərəf məhz Azərbaycan klubudur.
Xəbərdə bildirilir ki, Leo Qrozavunun qərarı ilə ötən yay Rumıniya klubundan göndərilən fransalı futbolçu daha sonra Kiprin "Omonia Aradippou" komandasına yollanıb. Onun bu klubla yalnız bir mövsümlük müqavilə bağladığı, buna görə də yayda azad agent kimi yeni komandaya keçə biləcəyi vurğulanıb.
Bildirilir ki, Muaddib bu mövsüm Kipr çempionatında 25 oyunun 22-də meydana çıxıb, üç qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. O, əsasən cinah xəttində çıxış edir və "Qarabağ"ın da onu məhz həmin mövqelər üçün nəzərdən keçirdiyi qeyd olunub.
Baxış sayı:135
Bu xəbər 13 Mart 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















