Icma.az
close
up
RU
Qarabağdan türk birliyinə: yeni əməkdaşlıq dövrü

Qarabağdan türk birliyinə: yeni əməkdaşlıq dövrü

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Qarabağın düşmən tapdağından azad edilməsi yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının taleyində yeni səhifə açdı. Qarabağ bu gün türk birliyinin rəmzinə çevrilərək həm siyasi, həm də mənəvi baxımdan ortaq bir dəyərə dönüb. Qardaş ölkələrin –Türkiyənin, Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın və nəhayət, Türkmənistanın Qarabağın bərpasına verdiyi töhfələr türk həmrəyliyinin real nümunəsidir. Türkmənistanın Füzulidə “Dostluq və Qardaşlıq Məscidi” inşa edəcəyinə dair xəbər Türk dünyasının gələcək birlik ideyasını daha da gücləndirir.Azərbaycan bu tarixi prosesin mərkəzində dayanaraq türk dövlətlərini birləşdirən strateji layihələrin lokomotivinə çevrilib. Bu, sadəcə regional əməkdaşlıq deyil, türk tarixinin yeni Qızıl dövrünün yazılması deməkdir.Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

Türkmənistanda tarixi görüş
Deputat vurğulayıb ki, avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə işgüzar səfəri Türk dünyası üçün mühüm hadisə oldu. Səfər çərçivəsində ikitərəfli və üçtərəfli formatda görüşlər keçirildi. Xüsusilə Türkmənistan–Azərbaycan–Özbəkistan liderlərinin ilk üçtərəfli Zirvə görüşü tarixi bir dönüş nöqtəsi kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin sözləri bu əməkdaşlığın mahiyyətini açıq şəkildə ifadə etdi: “Xalqlarımızı ortaq tarix, mədəniyyət, dil və din birləşdirir. Ənənələrimiz oxşardır, dostluq və qardaşlıq münasibətlərimiz əsrlər boyu möhkəmlənmişdir. Energetika, nəqliyyat, logistika, rəqəmsallaşma və mədəni əlaqələr üzrə çox gözəl perspektivlər var”.
Bu bəyanat türk dövlətləri arasında həmrəyliyin gələcək istiqamətlərini müəyyənləşdirən strateji vizyonu ortaya qoydu.
Qlobal əhəmiyyətli əməkdaşlıq
Türkmənistan və Azərbaycanın yerləşdiyi coğrafi ərazinin Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsini təşkil etdiyini diqqətə çatdıran deputat deyib: “Müasir dəniz limanları, hava limanları, dəmir yolları və logistika infrastrukturu Avropa ilə Asiyanı birləşdirən etibarlı körpü rolunu oynayır. Bu əməkdaşlıq təkcə regiona deyil, daha geniş Avrasiya məkanına böyük fayda gətirir.
Azərbaycanın Türkmənistanla mədəni və siyasi yaxınlığı həm də beynəlxalq müstəvidə özünü göstərir. BMT Baş Assambleyasında qəbul olunmuş “Türkmənistanın daimi neytrallığı” qətnaməsinin həmmüəlliflərindən biri məhz Azərbaycan oldu. Bu addım xalqlarımız arasında dostluğun və qarşılıqlı hörmətin rəmzi kimi qiymətləndirildi.
Füzuli – qardaşlıq paytaxtına çevrilir. Türkmənistanın Füzulidə məscid inşa etməsi, habelə Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşması tarixi bir hadisədir. Bu qərarlar yalnız dini və mədəni deyil, həm də mənəvi birliyin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan xalqı bu təşəbbüsü əbədi qardaşlıq dəstəyinin parlaq nümunəsi kimi yadda saxlayacaq.
Azərbaycan ilə Özbəkistan münasibətləri isə artıq “Müttəfiqlik haqqında Müqavilə” səviyyəsinə yüksəlib. Bu sənəd 2024-cü ildə imzalanaraq qardaşlıq əlaqələrini strateji müstəviyə yüksəldib.
Özbəkistanın Qarabağın bərpasına verdiyi töhfələr xüsusi vurğulanmalıdır: Füzulidə Mirzə Uluqbəy adına orta məktəbin inşası, Xankəndidə böyük tikiş fabrikinin yaradılması, Bakıda “Özbəkistan” parkının salınması.
Bütün bunlar qardaşlıq münasibətlərinin rəsmi sənədlərdən çıxaraq həyatın müxtəlif sahələrinə nüfuz etdiyini göstərir”.
Energetika və nəqliyyat – gələcəyin açarı
Müsahibimiz diqqətə çatdırıb ki, Azərbaycan, Türkmənistan və Özbəkistan həm enerji resursları, həm də tranzit imkanları ilə Avrasiya məkanında mühüm geostrateji mövqeyə malikdir. Orta Dəhliz, Xəzər limanlarının inkişafı, dəmir yolu və logistika layihələri üç ölkəni qlobal ticarət xəritəsinin əsas mərkəzinə çevirir.
Energetika sahəsində də əməkdaşlıq genişlənir: SOCAR artıq Özbəkistanda neft yataqlarının işlənməsinə başlayıb, Türkmənistanla isə ənənəvi tərəfdaşlıq uğurla davam edir. Bu əməkdaşlıq yaxın illərdə region üçün yeni iqtisadi imkanlar yaradacaq.
Tarixi Birgə Bəyanat
“Zirvə görüşündə Azərbaycan, Türkmənistan və Özbəkistan liderləri “Birgə Bəyanat” qəbul edərək çoxtərəfli əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirdilər. Burada nəqliyyat-tranzit, energetika, mədəni-humanitar sahələrdə əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələləri də təsbit olundu.
Əsas vurğu Avropa ilə Asiyanı birləşdirən “Böyük İpək Yolu”nun yenidən canlandırılması oldu. Mərkəzi Asiya və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi Türk dünyasını qlobal iqtisadiyyatın ayrılmaz hissəsinə çevirəcək.
Qarabağın azadlığı ilə başlayan bu yeni mərhələ türk dövlətləri üçün birliyin möhkəmlənməsi, əməkdaşlığın dərinləşməsi və ortaq gələcəyin qurulması deməkdir. Azərbaycan isə bu prosesin mərkəzində dayanaraq həm tarixi, həm siyasi, həm də mənəvi liderlik missiyasını uğurla yerinə yetirir. Qarabağ artıq yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının birliyinin rəmzinə çevrilib”, - deyə deputat Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Avqust 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri