“Qarabağ”ı böyük məyusluq gözləyir” “Ferentsvaroş”un futbolçusu dilini dinc saxlamadı
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
“Acınacaqlı qollar buraxdıq. Ancaq müdafiə xəttimizin göründüyü qədər etibarlı olmadığını düşünmürəm. Oyunun taleyini kiçik detallar həll etdi” – bu sözləri “Ferentsvaroş”un qapıçısı Deneş Dibus deyib.
“Football-plus.az” xəbər verir ki, qapıçı ev oyununda yaşananlar və səfər matçı ilə bağlı fikirlərini yerli jurnalistlərlə bölüşüb:
“Birinci hissədə bərabərsəviyyəli performans göstərdik. Hesabı açandan sonra hər şey yolunda idi. Rəqibin ilk iki qolundan sonra isə toparlana bilmədik. Üçüncü qolu buraxmasaq, daha yaxşı olardı. Artıq favorit biz deyilik. Lakin qarşıda hələ daha bir 90 dəqiqə var. İki qol vursaq, şanslar bərabərləşəcək. Çətin olacaq. Çünki bu oyunda əleyhimizə olan hər şey lehimizə çevrilməlidi. Bacaracağıq. Özümüzə güvənirik. Elə “Qarabağ” da güvənir. Onlara məhz özlərinə güvənmələrini arzulayıram. “Qarabağ”ı böyük məyusluq gözləyir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 20 Avqust 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















