Icma.az
close
up
RU
“Qarabağ”ı çıxsaq, digər rəqiblər ayrı ayrılıqda favorit sayıla bilər Aslan Kərimov

“Qarabağ”ı çıxsaq, digər rəqiblər ayrı ayrılıqda favorit sayıla bilər Aslan Kərimov

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Ölkəmizi avrokuboklarda təmsil edəcək klubların rəqibləri məlumdu. Belə ki, “Qarabağ” “Şelburn“ – “Linfild” duelindən kimin qalib ayrılacağını gözləyir, “Sabah” “Selye”, “Zirə” “Hayduk”, “Araz-Naxçıvan” isə “Aris” ilə qarşılaşacaq.

Təmsilçilərimizin şansları ilə bağlı mütəxəssis Aslan Kərimovun fikrini öyrəndik:

“Qarabağ”ı çıxsaq, digər rəqiblər ayrı-ayrılıqda favorit sayıla bilər. Bu da reytinqə görə belədi. Komandalarımızın reytinqi aşağı olduğuna görə güclü rəqiblərlə qarşılaşırlar. “Qarabağ”ın reytinqinin yüksək olması mütləq növbəti mərhələyə adlayacağı demək deyil. İllərdi avrokubokda oynayırlar. Komandanın təcrübəsi favoritin “Qarabağ” olmasına gətirib çıxarır. “Qarabağ”ın mərhələ adlaması, yəqin ki, heç kim üçün surpriz olmayacaq. İrlandiyada futbol inkişaf etməyə başlayıb. Milli komandaları güclüdü, o heç. Klublarında isə hansısa futbolçu özünü yaxşı tərəfdən göstərən kimi ya Şotlandiya klublarına transfer olunur, ya da İngiltərənin 2-3-cü liqalarına. Bir balaca keyfiyyətin varsa, İngiltərədə oynayırsan. Orda maliyyə daha yüksəkdi. İnanmıram ki, İrlandiya və ya Şimali İrlandiya klubları bizə təzyiq göstərsin. Digər tərəfdən, onu da nəzərə alaq ki, ilkin mərhələlər “Qarabağ” üçün ağır olur. İstirahətdən gəlirlər, hazırlıq dönəmi qısa olur. Milli komandada da oynayırlar deyə, yorğunluq özünü göstərir. Bu məqamlar “Qarabağı”ın işini çətinləşdirə bilər. “Sabah”ın rəqibi “Selye” son dönəmlərdə avrokuboklarda uğur qazanan klubdu. Ötən mövsüm çempionluq, bu mövsüm kubok qazanıblar. Sabiq Yuqoslaviya ölkələrinin keyfiyyətli futbolçuları həmişə olub. Bu sözləri “Hayduk”a da aid edə bilərik. Yaxın ölkələrin təmsilçiləridi. Xorvatiya çempionatında “Dinamo” dominantlıq etsə də, “Hayduk”da da çox keyfiyyətli futbolçular var. “Hayduk” ustalıq səviyyəsi yüksək olan, aqressiv futbolçulardan formalaşmış, belə turnirlərdə təcrübəsi olan komandadı. “Zirə” üçün çox çətin olacaq. “Hayduk”, “Dinamo” kimi komandalar 15-20 milyon avroya futbolçu satır. Bir az parıldayan futbolçular top-klubların diqqətini çəkir. “Selye” haqda danışsaq, baş məşqçisini də qeyd etmək lazımdı. İspaniyalı Riera 2023-də komandaya gəlib. Daha sonra “Bordo”ya getdi. Ordan yenidən “Selye”yə qayıtdı. Topa sahib olmaq bu komandanın oyun fəlsəfəsi kimi görünəcək. Hər iki oyunda dominantlıq etməyə çalışacaqlar. “Sabah”ın üstünlüyü də cinahlarıdı. Belə vingerləri olan komanda rəqib qapısı qarşısında qol imkanları yarada biləcək. Yaxşı legionerləri də var. “Araz-Naxçıvan”a gəlincə, düşünürəm ki, “Aris” favoritdi. “Araz-Naxçıvan” heyətini qoruyub. Mövsüm ərzində komandada ehtiyat qüvvənin nə qədər kasad olduğunu gördük. Bir futbolçu cəzalı, yaxud zədəli duruma düşəndə onu əvəzləyəcək şəxs tapılmır. Bu amil də Naxçıvan təmsilçisini rəqibindən geri salır”.

MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 İyun 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri