“Qarabağ”ı məğlub etmək Antonio Kontenin komandası üçün çətin olmayacaq” italiyalı jurnalist
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliyalı idman jurnalisti Karlo Taqliaqambe bu gün Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Napoli” – “Qarabağ” matçı haqda yazıb.
“Football-plus.az” xəbər verir ki, həmkarımız bu qarşılaşmanın Neapol təmsilçisi üçün dönüş nöqtəsi olacağını bildirib. O, qeyd edib ki, “Qarabağ”ı məğlub etmək Antonio Kontenin komandası üçün çətin olmayacaq:
“Napoli” Çempionlar Liqasında uğursuz mövsüm keçirir. İlk 4 matçda cəmi 4 xal toplaya bilən komanda 24-cü sıradadı. Lakin bu axşam vəziyyət dəyişə bilər. Rəqib “Qarabağ”dı. Neapollular bu matçda klassik avrokubok qələbələrindən birini qazanacaq. Hər halda, “Napoli” “Atalanta” üzərində qələbəyə imza atmaqla kiçik böhrandan xilas olub. İndi həmin uğuru Çempionlar Liqasına da daşımaqla turnir hədəflərinə köklənməyin vaxtıdı. O başqa məsələ ki, “Qarabağ” həqiqətən də bu mövsüm Çempionlar Liqasının kəşfidi”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 25 Noyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















