Icma.az
close
up
RU
“Qarabağ”ın 82 yaşlı azarkeşi: Arzum “İmarət” stadionunda futbolu izləməkdir

“Qarabağ”ın 82 yaşlı azarkeşi: Arzum “İmarət” stadionunda futbolu izləməkdir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 8 dekabr, AZƏRTAC

Özünün dediyinə görə, ötən əsrin 60-cı illərinin əvvəllərindən başlayaraq gündəlik yazıb. Təkcə gördüyü işləri, başına gələnləri yox, həm də Ağdamın futbol komandasının keçirdiyi oyunlar da gündəlikdə əks olunub.

“Qarabağ komandasının bir oyununu da buraxmamışam, hamısını stadiondan canlı izləmişəm. Özü də lap əvvəldən. Əvvəlcə komanda “Şəfəq”, sonra “Kooperator”, ondan sonra “Məhsul” adlanırdı, ötən əsrin 80-ci illərinin axırlarından isə “Qarabağ” adını daşıdı”, - deyə Sərdar Əliyev azarkeşlik etdiyi illəri xatırlayır: “Ağdamda “İmarət” stadionuna yaxın məhəllərdən birində yaşayırdıq. Komandanın oyunu olan gün şəhərdə bayram havası yaşanırdı. Oyundan iki-üç saat əvvəl azarkeşlər, futbol həvəskarları, tamaşaçılar axın-axın stadiona gəlirdi. Özü ilə stadiondakı oturacağın üzərinə sərməyə kiçik xalça-palaz, döşəkçə gətirənlər də olurdu. Stadionda nələr yox idi? Tum, noxud, su, çay, kökə, qarğıdalı, yazda göy alça, kababa qədər... Oyun başa çatandan sonra stadiondan çıxan maşınların bir ucu “İmarətdə” olanda o biri ucu şəhərin mərkəzinə çatırdı. Futbol o qədər maraq doğururdu. Lap yeniyetməlik vaxtımdan həmin oyunlara gedir, yaşıl meydanda yaşananlara şahidlik edirdim. SSRİ çempionatının doqquzuncu zonasında çıxış edən komandanın “doğma divarlar” arasında bir oyununu da ötürməmişəm. Sonra “Qarabağ”ın səfər oyunlarına da getməyə başladım. İki minik maşınım var idi, bir “QAZ-21”, bir “011”. Sonralar “QAZ-24” də aldım. Ağdamda futbol həvəskarlarını maşınla həmin oyunlara aparmışam. Fərqi yoxdur, komanda harada oynayır oynasın - Cəlilabad, Lənkəran, Qax, Zaqatala, Qazax... “Qarabağ”ı heç vaxt tək qoymamışıq”.

Komandanın 82 yaşlı sadiq azarkeşi AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı bir əhvalatı da yada salıb: “Tovuzda “Qarabağ”ın “Turan” la çox ağır bir oyunu oldu. Deyərdim ki, bütün oyunu “Qarabağ” müdafiədə oynadı. 87-ci dəqiqədə Mahir Əliyevin ötürməsindən sonra Müşfiq Hüseynov başı ilə oyunda yeganə olan qolu vurdu. Qayıdanda Mingəçevirdə restoranın banket zalında onlara süfrə açdım. Bütün komandaya qonaqlıq verdim”.

Onun işlədiyi Avtomobillərə texniki xidmət stansiyası Qarqar çayının sahilində yerləşirdi. Nəinki Ağdamda, ətraf rayonlarda da bütün sürücülərin, avtomobil sahiblərinin “kraska Sərdar” kimi tanıdığı usta nasaz, sınıq-salxaq maşını yığıb necə deyərlər, anadangəlmə etməyi bacarıb. Özünün dediyinə görə, o, bu peşəyə 1959-cu ilində aprelində usta şəyirdi kimi başlayıb, 1963-cü ilin fevralından isə müstəqil şəkildə işləyib.

“Qarabağ”ın formasını geyən bütün oyunçularla münasibətim olub. İndiyədək Yaşar Hüseynov, Təbriz Həsənov, Müşfiq Hüseynov, Cavanşir Novruzov, Elşad Əhmədov, Vadar Nuriyev, Mehman Alışanov, Kənan Kərimovla münasibətlərim davam edir. Əməkdar məşqçi Ağasəlim Mircavadovla, komandanın mərhum məşqçiləri Rəşid Özbəyov, Elbrus Abbasovla, eləcədə də “Qarabağ”ın keçmiş futbolçusu, sonralar isə rəisi, unudulmaz Adil Nadirovla çox yaxşı münasibətim olub. Ağdamdakı oyunlarda mərhum Adil Nadirovla birlikdə çox vaxt rəqib komandanın qapısının arxasında oturardıq. Oyun başa çatandan sonra qol vuran futbolçuya elə meydandaca 100-200, bəzən 300 manat pul verirdim”.

Sərdar danışır, “Qarabağ”la bağlı xoş və unudulmaz xatirələri bir-bir yada salır. Axırda bir istəyini də dilə gətirdi: “Bir ildir ki, səhhətimlə əlaqədar komandanın son oyunlarına gedə bilmirəm. Əlimə əsa götürəndən stadionlardan ayağım çəkilib. İndi “Qarabağ” Avropa miqyaslı turnirlərdə çıxış edir. Bu il isə ikinci dəfə olaraq Çempionlar Liqasında oynayır. Bu, çox böyük uğurdur və onun davamlı olmasını arzu edirəm. Bir də Ağdama qayıdandan sonra yeni inşa edilən “İmarət” stadionunun tribunalarından “Qarabağ”ın oyununu izləmək istəyərdim. Bu, mənim ən böyük arzumdur”.

-1 / 4

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri