Icma.az
close
up
RU
Qarabağın ən yaxşı MƏKTƏBLƏRİ SİYAHI

Qarabağın ən yaxşı MƏKTƏBLƏRİ SİYAHI

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qarabağ regionu üzrə respublikanın ən yaxşı məktəblərinin siyahısı açıqlanıb.

Modern.az xəbər verir ki, "AzEdu.az"ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Ağcabədi rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1526 şagird bitirib, onların 1508 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 88 nəfəri 500-dən, o cümlədən 19 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbi sırasında 4 nömrəli şəhər tam orta məktəbi qeyd olunub.

Ağdam rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1698 şagird bitirib, onların 1691 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 114 nəfəri 500-dən, o cümlədən 25 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına 42 və 88 nömrəli tam orta məktəblər daxil edilib. Rayonun ən yaxşı məktəbləri sırasında isə 34 və 89 nömrəli tam orta məktəblər yer alıb.

Bərdə rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1519 şagird bitirib, onların 1512 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 127 nəfəri 500-dən, o cümlədən 31 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına Akademik Zərifə Əliyeva adına Texniki təmayüllü məktəb-lisey və 8 nömrəli şəhər tam orta məktəbi daxil edilib. Rayonun ən yaxşı məktəbləri sırasında isə F.Muradov adına 7 nömrəli şəhər və Y.Yusifov adına Mollaisalar kənd tam orta məktəbləri göstərilib.

Füzuli rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1106 şagird bitirib, onların 1096 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 77 nəfəri 500-dən, o cümlədən 22 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına 8 və 46 nömrəli tam orta məktəblər daxil edilib. Rayonun ən yaxşı məktəbləri sırasında isə Horadiz qəsəbə 1 və 3 nömrəli tam orta məktəblər qeyd olunub.

Xocalı rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 79 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 3 nəfəri 500-dən yuxarı bal toplayıb.

Xocavənd rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 131 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 12 nəfəri 500-dən, o cümlədən 4 nəfəri 600-dən yuxarı bal toplayıb.

Şuşa rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 225 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 12 nəfəri 500-dən, o cümlədən 2 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına Şuşa şəhər 7 nömrəli tam orta məktəbi daxil edilib.

Tərtər rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 706 şagird bitirib, onların 699 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 27 nəfəri 500-dən, o cümlədən 9 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il rayon üzrə respublikanın ən yaxşı məktəbləri siyahısında yer alan təhsil müəssisəsi olmayıb.

Beləliklə, Qarabağ iqtisadi rayonu üzrə 500-dən yuxarı bal toplayan məzunların sayına görə Bərdə (127 nəfər), Ağdam (114 nəfər) və Ağcabədi (88 nəfər) ilk üçlükdə qərarlaşıb. Respublikanın ən yaxşı məktəbləri siyahısında isə Ağdam, Bərdə, Füzuli və Şuşa rayonlarının təhsil müəssisələri yer alıb. Bu nəticələr regionun bir sıra məktəblərində yüksək akademik göstəricilərin əldə olunduğunu və keyfiyyətli təhsil mühitinin formalaşdığını göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyul 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri