Icma.az
close
up
RU
Qarabağın faydalı və dərman bitkilərinin etnobotaniki xüsusiyyətləri araşdırılıb

Qarabağın faydalı və dərman bitkilərinin etnobotaniki xüsusiyyətləri araşdırılıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu Qarabağın faydalı bitkilərinin növ tərkibinin, bioekoloji xüsusiyyətlərinin, populyasiya strukturunun və ehtiyatlarının öyrənilməsi istiqamətində geniş tədqiqatlar aparıb.

İnstitutun direktoru professor Səyyarə İbadullayeva AZƏRTAC-a açıqlamasında bildirib ki, Etnobotanika şöbəsinin əməkdaşları Qarabağın aran bölgəsinin Tərtər, Ağcabədi, Bərdə və Ağdam rayonlarında, həmçinin həmin ərazilərin əhalisinin məskunlaşdığı Şəmkir, Goranboy, Gəncə və Qazax bölgələrində ekspedisiyalar təşkil ediblər. Tədqiqatlar zamanı yerli əhali arasında etnobotaniki sorğular aparılıb, bitkilərin xalq və baytarlıq təbabətində istifadə yolları, faydalı xüsusiyyətləri və ehtiyatları araşdırılıb.

Professorun sözlərinə görə, Ağcabədi, Bərdə, Ağdam və Tərtər rayonlarında keçirilən ekspedisiyalar zamanı 150-dən çox etnobotaniki sorğu aparılıb. Araşdırmalar nəticəsində Aran Qarabağ ərazisində 50 fəsiləyə, 90 cinsə aid 140 növ dərman bitkisinin xalq və baytarlıq təbabətində geniş istifadə olunduğu müəyyənləşdirilib. Qarabağ bölgəsinin florasında yabanı dərman bitkilərinin etnik istifadəsi də öyrənilib. Nəticədə 101 növün xalq təbabətində geniş istifadə edildiyi, bunlardan 61-nin çoxillik otlar, 13-nün isə ağac və kol bitkiləri olduğu müəyyənləşdirilib. Bəzi növlərin yayılma arealının Qarabağla məhdudlaşdığı, yabanı halda rast gəlinməyən bəzi bitkilərin isə regionda dərman bitkisi kimi becərilmə potensialı aşkarlanıb. Professor qeyd edib ki, Şuşa şəhərində və ətraf ərazilərdə də çöl-tədqiqat işləri aparılıb. İşğaldan azad edilmiş ərazilərə təşkil olunan səfər zamanı Şuşa şəhəri ətrafında, Cıdır düzündə, Daşaltı yolunun kənarında və Topxana meşəsində floristik vəziyyətin monitorinqi həyata keçirilib. Zəngilan rayonu ərazisində əldə olunan fotoşəkillər əsasında erkən çiçəkləyən 17 növ müəyyən edilib. Onlardan beşinin dərman, 12-nin nadir bitkilər olduğu aşkarlanıb. Orchis punctulata Stev. ex Lindl. növü Zəngilan ərazisi və Azərbaycan üçün ilk dəfə qeydə alınıb, İris musulmanica Fomin. növünün isə Zəngilanda yeni yayılma məskəni müəyyən edilib. Regionda müxtəlif otlara aid 68 fəsilə, 70 cins və 122 növün yayıldığı müəyyən olunub. Bitkilərin morfobioloji, bioekoloji və faydalı xüsusiyyətləri qiymətləndirilib, onların bioloji, istismar və illik tədarük ehtiyatları hesablanıb. Yayılması yalnız Qarabağın aran ərazisi ilə məhdudlaşan 101 bitkinin etnobotaniki əlamətləri müəyyən edilib. Paxlalılar fəsiləsinə aid bitkilər də tədqiqatların mühüm istiqamətlərindən olub. Ərazidə yayılan 1300 növdən 142-nin paxlalılara aid olduğu müəyyənləşdirilib. Astragalus, Trifolium və Vicia cinslərinin geniş yayıldığı aşkarlanıb. Ayrı-ayrı bitkilərin xalq təbabətində istifadə dəyəri və müəyyən xəstəliklər üzrə etibarlılıq göstəriciləri hesablanıb.

Bununla yanaşı, Rosaceae fəsiləsinin nümayəndələrinin bioekoloji və morfoloji xüsusiyyətləri, dərman, qida, boyaq və texniki əhəmiyyəti araşdırılıb. Etnobotaniki sorğular əsasında bu fəsiləyə aid 16 növün praktik istifadə yolları müəyyənləşdirilib. Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş 15 növün Qarabağın aran ərazilərində rast gəlindiyi lokalitetlər aşkarlanıb, onların müasir vəziyyəti və məhdudlaşdırıcı amilləri öyrənilib. Tədqiqatlar çərçivəsində adi dazı otu bitkisinin yayılma arealları və populyasiyası müəyyən edilib. Fitokimyəvi araşdırmalar nəticəsində rutin, apigenin flavonoidləri və hipersin birləşməsi aşkarlanıb. Etnobotaniki sorğular əsasında 55 fəsilə, 133 cins və 209 növ haqqında məlumatlar elektron bazaya daxil edilib. Ekspedisiyalar zamanı toplanılan 278 bitki nümunəsi herbariləşdirilərək Botanika İnstitutunun Herbari Fonduna təhvil verilib.

Professor diqqətə çatdırıb ki, tədqiqatların nəticələri əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bitki örtüyü, meşələri, nadir və nəsli kəsilmək təhlükəsində olan, endemik, subendem və relikt bitki növləri, unikal meşə massivləri, meşəciklər və ağaclar haqqında ətraflı oçerklər hazırlanıb. Tədqiqatların nəticələri elmi nəşrlərdə və maarifləndirici materiallarda da əksini tapıb.

Qeyd edək ki, Botanika İnstitutunun bu istiqamətdə apardığı tədqiqatlar Qarabağın bitki ehtiyatlarının müəyyənləşdirilməsi, nadir növlərin qorunması, faydalı bitkilərdən səmərəli istifadə və yerli icmaların etnobotaniki biliklərinin qorunmasına yönəlib.

Müxbir - Tünzalə Arazlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Noyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri