Icma.az
close
up
RU
Qarabağ folklorunun bədii semantik xüsusiyyətləri araşdırılıb

Qarabağ folklorunun bədii semantik xüsusiyyətləri araşdırılıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 may, AZƏRTAC

Filologiya üzrə fəlsəfə doktoru Vüsalə Nəsibovanın “Qarabağ folklorunun bədii-semantik xüsusiyyətləri” adlı monoqrafiyası Azərbaycan folklorunun zəngin qolu olan Qarabağ folklorunun semantik aspektdən təhlilinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, kitabda Qarabağ bölgəsinə aid folklor nümunələri - bayatı, mif, əfsanə, inanclar və s. bədii nümunələr təhlil olunub, bədii-semantik, mifoloji xüsusiyyətləri araşdırılıb. Monoqrafiyada tədqiqata cəlb olunmuş xalq yaradıcılığı nümunələri təkcə bədii mətn səviyyəsində deyil, eyni zamanda, dərin tarixi-kontekstual xüsusiyyətləri nəzərə alınaraq öyrənilib. Müəllif Qarabağ folklor nümunələrini xalqın milli kimliyinin simvolu, mənəvi dünyagörüşü və xalq yaddaşı nümunələri kimi təqdim edib.

Qarabağ folkloru yalnız poetik nümunələr deyil, eyni zamanda, bu qədim və tarixi torpaqlarda yaşayan xalqın mənəvi dünyası, bədii dünyagörüşü və milli mənəviyyatıdır. Kitab bu nöqteyi-nəzərdən Qarabağ folklorunun semantik xüsusiyyətlərini əks etdirərək xalqın ideoloji, psixoloji, sosial düşüncə və daxili dünyasındakı çalarları izah edir.

Monoqrafiyada Qarabağ bayatıları xalqın mənəvi kimliyinin simvolu kimi təqdim olunur. Bayatı təkcə folklor nümunəsi olmayıb, həm də xalqın poetik düşüncə sisteminin mənasıdır, quruluş baxımından sabit, məna baxımından zamanın bütün dəyişimlərini, dinamikasını özündə əks etdirən dördlük sistemdir, bir poetik janr kimi xalq etnopoetik düşüncəsinin ilk qaynaqlarındandır.

Kitabda Qarabağ bölgəsindən toplanmış mifoloji mətnlər əsasında Qarabağ folklorunda mifik kimliyin etik-mənəvi konseptləri müəyyənləşdirilib, mif mətnlərində təbiətə, onu təşkil edən ünsürlərin hər birinə “ekoloji baxış” təqdim olunub.

Qədim tarixə malik Qarabağ folklor mühiti pirlər, ocaqlar və ziyarətgahlarla zəngindir. Kitabda bu məkanlar haqqındakı materiallar öyrənilməklə onların hamısının bu və ya digər şəkildə “qurbanvermə” mərasimi ilə sıx bağlı olduğu göstərilir, bu ziyarətgahların qurbanvermənin ilkin ritual-mifoloji əlamətlərini bu gün də qoruyub saxlaya bilməsi diqqətə çatdırılır.

Qarabağ folklor mühiti Azərbaycan folklorunun bütün janr sistemini özündə inikas edir. Bu cəhətdən Qarabağda aşıq sənəti, xalq poeziyası ənənələri güclü şəkildə inkişaf etmiş, bu bölgədə həm görkəmli ifaçı və yaradıcı aşıqlar, həm də el şairləri fəaliyyət göstərmişdir. Kitabda bölgənin xalq yaradıcılığı ilə bağlı sənətkarlarından bəhs olunaraq “aşıq” və “el şairi” terminlərinin məna dairəsi müəyyən edilir, bölgə üçün xarakterik olan funksional -semantik xüsusiyyətlərinə diqqət yetirilir.

Kitabda Qarabağ bölgəsinə məxsus mətnlər əsasında “padşah seçmə”, “şah bəzəmə”, İlaxır çərşənbə ilə bağlı inanclar, falabaxma, “Yelləncək” oyunu və s. adətlər tədqiqata cəlb olunub, bu bölgədə qeyd olunan Novruz adətləri ümumxalq bayramının, bütövlükdə Novruz mərasim kompleksinin tərkib hissəsi kimi araşdırılıb.

Monoqrafiyanın elmi redaktoru professor Seyfəddin Rzasoy, rəyçisi dosent Qalib Sayılovdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see243

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see230

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see229

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see225

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see220

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see214

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see211

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see208

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see207

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see200

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see198

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see195

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see195

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see194

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see193

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see192

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri