“Qarabağ”ın “Kopenhagen”lə oyunundan öncə mərkəzi arenanın tribunalarına işğaldan azad edilmiş ərazilərin adları verilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 25 sentyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunu öncəsi Tofiq Bəhramov adına Respublika Stadionunda bəzi yeniliklər edilib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, tribunalardakı bəzi sektorların yerləri və adları dəyişdirilib. Həmin sektorlara işğaldan azad edilmiş ərazilərin adları verilib.
VIP sektorlar: Qubadlı VIP, Zəngilan VIP, Füzuli VIP, Cəbrayıl VIP, Xocalı VIP, Laçın VIP, Kəlbəcər VIP.
VVIP sektorlar: Ağdam VVIP, Şuşa VVIP, Xankəndi VVIP.
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək oyunun biletləri bu gün saat 15:00-dan satışda olacaq və azarkeşlər iTicket.az mobil tətbiqi vasitəsilə onlayn biletləri əldə edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 25 Sentyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















