Icma.az
close
up
RU
Qarabağın pleyoff mərhələsinə vəsiqə qazanması çətin görünür MÜSAHİBƏ

Qarabağın pleyoff mərhələsinə vəsiqə qazanması çətin görünür MÜSAHİBƏ

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Qarabağ"ın sabiq müdafiəçisi Azər Məmmədov Sportal.az saytına müsahibə verib. O, Ağdam klubunun avrokuboklardakı performansını dəyərləndirib.

- "Qarabağ"ın "Elfsborq"la görüşdə uğursuz nəticəsini nə ilə əlaqələndirirsən? Bu cür nəticə olacağını ehtimal edirdin?

- Gözləmirdim ki, "Qarabağ" "Elfsborq"a uduzsun. Oyun da göstərdi ki, uduzulası matç deyildi. Ədalətli nəticə heç-heçə idi. Düşünürdük ki, "Qarabağ" "Elfsborq"la matçda daha asan qələbə qazanar. İsveç klubu 5-4-1 sxemi ilə oynayırdı. Meydana da top buraxmamağa çıxmışdılar. Əks-hücumlarda və standart vəziyyətlərdə nəsə etməyə çalışırdılar. Bunu da etdilər.

- "Qarabağ" "Elfsborq"la görüşdə topa sahib olsa da, rəqib qapısı qarşısında təhlükəli qol epizodu çox da yarada bilmədi. Səncə, əsas problem nə idi?

-Düzdür, "Qarabağ" topa sahib olmaqda üstün idi. Birinci hissədə top faizi 27/73-ə idi. "Qarabağ" birinci hissədə üstün idi. Juninyonun qol epizodu oldu. "Qarabağ"ın əvvəlki oyunlardakı qədər qol epizodları çox deyildi. "Elfsborq" "Qarabağ"ı daha yaxşı analiz etmişdi. Əsasən də, Juninyonu, Abdullah Zubir və Aleksey Kaşuku. Rəqibin müdafiədə kompakt oynaması da "Qarabağ" üçün çətinlik yaratdı. "Elfsborq" "Qarabağ"ı daha yaxşı və çox yaxşı analiz etmişdi.

- Halbuki "Elfsborq" uzun müddət idi ki, rəsmi matçlara çıxmırdı. Amma bu məqam da "Qarabağ"a kömək olmadı..

- Səhv etmirəmsə, İsveç çempionatı bir ay idi ki, bitmişdi. Amma bir ay "Elfsborq"a təsir edəcək vaxt deyildi. Çünki onsuz da iki həftədən bir avrokuboklarda oynayırlar. Yoldaşlıq matçları keçdilər. İsveç çempionatının bitməsi "Qarabağ"a üstünlük qazandırmırdı. Hər iki komanda üçün adi oyunlardan idi. Bizdə liqa davam edir. Amma çempionatın sonudur. "Qarabağ"dakı futbolçuların daha çox istirahətə ehtiyacı var. "Elfsborq"dan daha çox.

- Abdullah Zubir, Yassin Benzia, Juninyonun ötən mövsümkü effekti verə bilməməsinin səbəbi nədədir?Rəqiblər artıq onları zərərsizləşdirməyi bacarır?

- Bəli, əvvəlki performanslarından geri qalırlar. Amma buna rəqibin də təsiri var. Boş dayanmırlar, analiz edirlər. Rəqiblər də bilir ki, "Qarabağ"ın çox önəmli futbolçuları hücumdadır. Yaxşı analizlər edirlər. Ona görə də istər-istəməz rəqib bu futbolçulara qarşı düzgün müdafiə olunurlar. Görünür ki, "Qarabağ"ın hücumdakı hər üç futbolçusu əvvəlki performansından geri qalırlar.

- "Qarabağ" Avropa Liqasında iki oyunu qalıb. Biri FKSB, digəri isə "Olimpiakos"a qarşıdır. Azərbaycan çempionunun şanslarını necə dəyərləndirirsən?

- "Qarabağ" üçün çətin olacaq. Çünki həm FKSB, həm də "Olimpiakos" çox güclü komandalardır. "Qarabağ"ın pley-off mərhələsinə vəsiqə qazanması çətin görünür. Çünki qalan bu iki rəqib daha güclüdür. İstənilən halda, şans var. Futbolda hər şey olur. Evdə FKSB klubunu uda bilsək, "Olimpiakos"la son oyun qalır. Bir dəfə onları səfərdə məğlub etmişik. Yenə də məğlub etmək mümkündür. FKSB ilə evdəki oyundan çox şey asılıdır. Əgər Rumıniya klubuna qalib gəlsək, kollektiv Yunanıstana başqa əhval-ruhiyyə ilə gedəcək. Orada da qalib gələ bilərik. İki oyunda iki qələbəyə ehtiyac var ki, pley-off mərhələsinə düşək. Ümidimiz var. "Qarabağ"a inanırıq. Onlar bizim yeganə komandamızdır ki, futbola olan həvəsimizi hələ qışa qədər saxlayır. Gələn il də oyun olacaq. "Qarabağ"a uğurlar arzulayıram. Ümid edirəm hər şey onlar üçün yaxşı alınacaq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sportal.az
archiveBu xəbər 16 Dekabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri