Icma.az
close
up
RU
Çoxmesajlı müsahibə: çətin suala doğru cavab

Çoxmesajlı müsahibə: çətin suala doğru cavab

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Məluim olduğu kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. Müsahibə çox genişdir, çox mühüm məqamlar var; Azərbaycan prezidenti təıkcə Azərbaycan-Rusiya münasibətləri haqda deyil, ölkənin, bölgənin və dünyanın gündəliyinə dair çoxlu mesajlar verib. Bütün önəmli məsələlərə dair dərin təhlil aparıb və öz qənaətlərini, proqnozlarını açıqlayıb.

Bütün bu məqamları bir məqalədə şərh etmək mümkün deyil. Şübhəsiz ki, bu müsahibədəki mesajlar hələ uzun zaman şərh ediləcək. Mən də növbəti yazılarımda həmin mesajlara öz şərhimi verməyə çalışacam. Ancaq bu yazıda, sadəcə, müsahibədəki bir suala və ona verilən cavaba xüsusi olaraq diqqəti cəlb etmək istərdim. Çünki müsahibə alan tərəf əslində öz söhbətini bu sual üzərində qurmağa çalışıb. Başqa cür ifadə etsək, bu, müsahibənin açar sualıdır.

Həmin sual belədir: “ ...NATO-da bildirirlər ki, blok yaxın 5-7 il ərzində Rusiya ilə müharibəyə hazır olmalıdır. Bunun üçün praktiki hazırlıq gedir. Səfərbərlik sistemi dəyişdirilib, Andrey Belousov bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında bu barədə danışıb ki, 10 gün ərzində Rusiya sərhədləri yaxınlığında 100 min, 30 gün ərzində 300 min və 180 gün ərzində isə 800 min NATO əsgəri olmalıdır. NATO 2026-cı ildə Almaniyada ortamənzilli raketlər yerləşdirməyi planlaşdırır, Putinin NATO bunu etmədikcə Rusiyanın bunu etməyəcəyi ilə bağlı xəbərdarlığına baxmayaraq. Rusiyanın müdafiə naziri Andrey Belousov bazar ertəsi Prezidentin iştirakı ilə Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında bildirib ki, Rusiya yaxın onillikdə NATO ilə müharibəyə hazır olmalıdır. Bu, Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətləri üçün nə deməkdir?”

Sualın ilk və son cümlələrinə diqqət edin. Bu cümlələri seçib birləşdirsək, belə sual alınır: “...NATO-da bildirirlər ki, blok yaxın 5-7 il ərzində Rusiya ilə müharibəyə hazır olmalıdır. ... Bu, Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətləri üçün nə deməkdir?”

Bunu sadə dilə “ çevirsək”, Rusiya dövlət televiziyasının rəhbəri – Rusiya dövləti soruşur ki, NATO ilə Rusiya arasında birbaşa, açıq müharibə olsa, Azərbaycan Rusiyanın müttəfiqi kimi yanında olacaq, yoxsa neytral qalacaq?

Təbii ki, bu suala birbaşa “hə”, yaxud birbaşa “yox” cavabı vermək doğru olmazdı. Bu cavablardan hər hansı biri, əvvəla, Azərbaycanın indidən tərəf seçməsi demək olardı ki, beləliklə, Azərbaycanın elə indidən və hətta indi NATO-Rusiya qarşıdurmasında apriori yer alması deməkdir. Təkcə hipotetik müharibədə deyil, hazırkı qarşıdurmada da. İkincisi, istər “hə”, istərsə də, “yox” demək belə bir açıq müharibənin qaçılmazlığını təsdiqləmək kimi çıxardı və burada faktik olaraq, münasibətlərin hərbi yolla aydınlaşdırılmasına dolayı dəstək ifadə olunmuş olacaqdı.

Ancaq prezident bu çətin suala - əslində, bu, sadəcə, sual deyildi, situasiya idi- çox diplomatik ustalıqla cavab verib. Bu cavab sualdan yayınmaq deyildi, əksinə real vəziyyətin təhlili və Azərbaycanın həqiqi mövqeyinin səmimi ifadəsi oldu.

Həmin cavab belədir: “Mən...ümidvar olduğumu bildirmək istəyirəm ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq.

Birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi, mən yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin.

Azərbaycanın öhdəliklərinə gəlincə, biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, – gərginliyin azaldılması - "detente". Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq....Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq... Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq”.

Prezident mesaj verir ki, əvvəla, Rusiya-NATO gərginliyini açıq müharibə həddinə çatdırmaq hansı tərəfin bunu istəməsindən asılı olmayaraq, böyük yanlışlıq, daha doğrusu, fəlakət olar. Prezident bu ssenarini “qlobal apokalipsis” adlandırıb. Yəni bütün dünyanın məhvinə aparan Yür üzü qiyaməti.

Bu cavabda sətirltı suallar və çağırışlar, eyni zamanda Azərbaycan baxımından məsələyə doğru və aydın yanaşma var. Sərialtı sual budur ki, əgər tərəflər - həm Rusiyada, həm NATO-da qərar verən şəxslər bu müharibədə heç kimin qalib gəlməyəcəyini və əksinə hamının birlikdə məğlub olacağını bilirsə (ki, bunu özləri də dəfələrlə publik bəyan ediblər), onda niyə indiki gərginliyi “qlobal apokalpsis” mərhələsinə daşımaq istəsinlər?! Qalibi olmayacağın müharibəni başlamağın nə mənası var?!

Çağırış isə ABŞ-ın yeni prezidenti Donald Tarampadır: prezident Tramp öz yeni səlahiyyət müddətində əvvəlki prezidentlik təcrübəsinə dayanaraq və seçkiqabağı vədlərinə sadiq qalaraq, nəinki hazırkı Rusiya-Ukrayna müharibəsinin miqyasının genişlənməsinə, hipotetik də olsa, NATO-Rusiya savaşına gedilməsin, hətta indiki müharibələri dayandırmağın yolunu tapsın. Eyni zamanda NATO üzvü olan başqa ölkələr də.

Burada çox incə məntiqi toxunuş, diplomatik göndərmə də var: ABŞ Co Baydenin prezidentliyi dövründə Cənubi Qafqazda daha bir mümkün müharibəyə sponsorluq edib; Fransa və Hindistanla yanaşı ABŞ da Ermənistanı Azərbaycana qarşı silahlandırır. Yeni seçilmiş prezident Trampa çağırış budur ki, eyni zamanda bu sponsorluğu da dayandırsın. Çünki dünyanın bir nöqtəsində, bir bölgəsində sülhsevərlik edib, o biri bölgədə müharibəni qızışdırmaq ABŞ-ın yeni prezidentinin elan etdiyi qlobal barış konsepsiyasına da uyğun deyil.

Bununla da Prezident İlham Əliyev qlobal hərb-sülh gündəliyinin içində Cənubi Qafqaz bölgəsinin üzləşdiyi təhlükəni də ustalıqla söhbətin mərkəzinə gətirib.

Cavabda Azərbaycanın müttəfiq olaraq öhdəliklərinə gəlincə, Prezident İlham Əliyev ölkəsinin öz öhdəliklərinə sadiqliyini vurğulayıb. Bununla belə təkcə Rusiya ilə deyil, NATO üzvü olan Türkiyə ilə də müttəfiqliyini xatırladıb. Demək istəyib ki, belə bir situasiyada Azərbaycan, təbii ki, Türkiyə ilə məsləhətləşmələrə gedəcək.

Ancaq cavabda bütün bunlardan da daha önəmli bir mesaj var: həm Qərbdə, həm Şərqdə Azərbaycanın müstəqil xarici siyasət aparan aktor kimi qəbul olunduğunu önə çəkən dövlət başçısı bu müsahibə vasitəsilə həm Qərbə, həm Şərqə ikinci yolu təklif edir. Hər iki tərəfə mesaj göndərir ki, Azərbaycanın tərəflərin hansısa birinin yanında yer almasını istəməkdənsə, bu gərginliyin aradan qaldırılmasında onun – rəsmi Bakının rolundan istifadə etmək lazımdır və bu, ən doğrusudur. Xüsusilə, sualın qaynaqlandığı ünvana - Rusiyaya təklif olunur ki, Azərbaycanla müttəfiqlikdən müharibəni böyütmək üçün deyil, dayandırmaq üçün faydalansın. Ən yaxşı müttəfiqlik elə Rusiyanın təkcə Ukraynanı yox, elə onun özünü də zəiflədən, haldan salan müharibədən çəkib çıxarmağa kömək etməkdir. Azərbaycan bu baxımdan öz töhfəsini verməyə hazırdır, prezident bunu aydın və dəqiq ifadə edib. Bu töhfə vasitəçilik formasında da ola bulər, danışıqlar üçün münasib platforma təqdim etmək kimi də.

Bir fikrin altını xüsusilə cızmaq istərdim. Prezident deyir: “Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq...”

Bununla demək istəyib ki, Azərbaycan ehtimallar üzərindən deyil, reallıqlar və real çağırışlar üzərindən siyasət aparır. Hansı mərhələdə Azərbaycanın köməyi lazım olacaq, o mərhələdə qərar verəcək. Amma əlbəttə ki, Azərbaycan müharibəyə deyil, sülhə kömək etmək niyyətindədir.

Beləliklə, Azərbaycan bu məsələdə müttəfiqlik münasibətlərinə uyğun davranmaqla – öz öhdəliklərinə sadiq qalmaqla yanaşı, eyni zamanda öz milli maraqlarını və təhlükəsizlik maraqlarını daha öndə tutur.

Göründüyü kimi, prezident İlham Əliyev Rusiyalı jurnalistin çətin sualına ən doğru cavabı verib. Həm də öz cavabını çox diqqətlə və tutarlı dəlillərlə əsaslandıraraq...

Bahəddin Həzi, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Dekabr 2024 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri