Qarabağın qapıçısı: Qələbəyə ehtiyacımız var İdman və Biz
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qarabağ"ın qolkiperi Mateuş Koxalski Sportal.az saytına açıqlama verib.
İdman.biz xəbər verir ki, o, komandasının "Sabah"la görüşdəki bərabərliyini şərh edib: "Biz bu oyuna uğurlu nəticə üçün çıxmışdıq. Yaxşı oynadıq, amma “Sabah” da yaxşı oynadı. Sona qədər mübarizə apardıq. Premyer Liqada bütün komandaları görmüşdüm. Fikrimcə, "Sabah" bu liqada ən yaxşı komandalardan, rəqiblərdən biridir. Çox çətin oyun oldu. Əsl mübarizə getdi. “Sabah” da yaxşı oynadı. Düzünü desəm, bu cür oyunda bərabərə qalmaq da pis nəticə deyil, yaxşı nəticədir".
Polşalı qolkiper Avropa Liqasının 6-cı turunun "Elfsborq"la görüşü haqda da fikirlərini bildirib: "İndi hər bir oyunda qalib gəlmək çox vacibdir. Avropa Liqasında hər qarşıdakı görüşdə uğur qazanmaq istəyirik. Çünki biz Avropa Liqasında növbəti mərhələyə çıxmaq niyyətindəyik. Qalib gəlməyə ehtiyacımız var. Ona görə də, Avropa Liqasında da sona qədər mübarizəmizi davam etdirəcəyik".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 09 Dekabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















