Icma.az
close
up
RU
“Qarabağın təbii ehtiyatları atlası”nın elektron variantı hazırlanıb

“Qarabağın təbii ehtiyatları atlası”nın elektron variantı hazırlanıb

Yenigundem saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə uyğun hazırlanmış Tədbirlər Planında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 16 tədbirin əsas, 25 tədbirin isə digər icraçı qurumu kimi müəyyən olunub.

“Yeni Gundem” xəbər verir ki, bunu ETSN-in şöbə müdiri Kənan Kərimli Xankəndi şəhərində keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

O bildirib ki, sözügedən tədbirlərdə əsas prioritet istiqamətlər işğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpası, xəritələrinin hazırlanması, yeni yaşıllıq sahələrinin salınması, yeraltı və yerüstü su mənbələrinin, mineral xammal ehtiyatlarının qiymətləndirilməsi, hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası, “Qarabağın təbii ehtiyatlar atlası”nın və Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə rəqəmsal tematik xəritələrin hazırlanması, meşə fondunun inventarlaşdırılması, “Azərbaycan‒Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin, “Ağıllı Tinglik Təsərrüfatı”nın və “Dostluq meşəsi”nin yaradılması, həmçinin, məhv edilmiş meşə sahələrinin bərpası və fauna növlərinin ərazilərə reintroduksiyası layihələrinin həyata keçirilməsidir.

“Tədbirlərin icrasına uyğun olaraq, Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanıb və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunub.

Hazırda Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritə layihəsinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması ilə bağlı işlər aparılır.

Yeni yaşıllıq sahələrinin salınması layihələri çərçivəsində Zəngilan rayonu ərazisində 55 ha, Ağdam rayonu ərazisində 11 ha və Cəbrayıl rayonu ərazisində 38 ha yeni yaşıllıq sahəsi salınıb. Hazırda Cəbrayıl və Füzuli rayonları ərazisində yeni yaşıllıq sahəsinin salınması ilə bağlı işlər davam etdirilir”, – o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:321
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 10 Dekabr 2024 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri