“Qarabağ”ın telekanal tilsimi: CBC də qələbə, İTV də məğlubiyyət FOTO
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
UEFA Çempionlar liqası çərçivəsində “Qarabağ”ın çıxdığı matçlarda nəticələrlə bağlı azakeşlərin müqayisəsi maraq doğurub.
Ölkə.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə “Qarabağ” klubunun UEFA turnirlərində keçirdiyi oyunlarla bağlı yayım siyahısı paylaşılıb.
Oyunların nəticələrindən aydın olur ki, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqası çərçivəsində "CBC Sport" kanalı vasitəsilə yayımlanan matçlarında komanda daha uğurlu nəticələr əldə edib. Belə ki, idman kanalında göstərilən oyunlarda “Qarabağ”ın iki qələbə və bir heç-heçə aldığı qeyd olunur.
Eyni zamanda sosial media istifadəçiləri bildirir ki, İTV vasitəsilə canlı yayımlanan qarşılaşmalarda isə komanda məğlubiyyətlə üzləşib. Paylaşılan statistik görüntülərdə “Qarabağ”ın “Ayaks”, “Napoli” və “Athletic Club”la oyunlarında uduzduğu matçların İctimai TV-də yayımlandığı vurğulanır.
Sosial şəbəkə istifadəçiləri bu nəticələri “maraqlı təsadüf” kimi şərh edib.
Qeyd edək ki, UEFA ÇL çərçivəsində “Qarabağ”ın geridönüş edərək “Benfika”ya qalib gəldiyi ilk qarşılaşma İTV-nin efirində yayımlanıb.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 24 Yanvar 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















