Qarabağla Flamenqo prinsipial razılıq əldə etdi! Juninyo Braziliyaya nə vaxt yollanır?
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Braziliyanın bir neçə media qurumunun yaydığı məlumata görə, "Flamenqo" Juninyonun transferi üçün “Qarabağ”la razılığa gəlib.
Diqqətçəkən bilgilərdən biri də ESPN-ə məxsusdu. Bu saytın iddiasına inansaq, tərəflər arasındakı razılıq "Flamenqo"nun "köhlən atlar"a ikinci təklifindən sonra mümkün olub. Beləliklə, Braziliya klubu hücumçu üçün ağdamlılara 5 milyon avro ödəyəcək.
Hücumçunun həmvətəni - ünlü insayder Vene Kesaqrande də bu informasiyanı təsdiqləyib. Bəs qeyd olunanlar nə dərəcədə doğrudu?
Bu sualla menecer Tural Əsgərliyə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Məsələ Braziliya mətbuatında yazıldığı kimi deyil. Anlaşma tamamlanmayıb. Onu deyə bilərəm ki, klublar arasında prinsipial razılıq var. Bəzi kiçik detallara aydınlıq gəlməlidi. Həmin məqamlar konkretləşdiyi halda Juninyo Braziliyaya yollanacaq".
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 11 Yanvar 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















