Juninyo Flamenqo da qalacaq?
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
"Qarabağ"ın sabiq futbolçusu Juninyo Olavionun "Flamenqo"dakı taleyinə aydınlıq gəlib.
Milli.Az xəbər verir ki, 28 yaşlı hücumçu hazırkı komandasında çıxışını davam etdirəcək.
"Qarabağ"ın da maraq dairəsində olan Juninyo üçün Səudiyyə Ərəbistanının iki klubu "Flamenqo"nun qapısını döysə də, braziliyalılar hər iki təklifi rədd ediblər. Məşqçilər korpusu indiyə qədər cəmi 7 matçda start heyətində meydana çıxan forvarda mövsümün ikinci yarısında daha çox şans verməyi planlaşdırır. Hətta rəhbərlik Juninyonun formaya düşəcəyi təqdirdə Braziliya millisinə dəvət alacağına da inanır.
Qeyd edək ki, ilin əvvəlində "Qarabağ"dan 5 milyon avroya transfer edilən Juninyonun "Flamenqo" ilə müqavilə müddəti 2028-ci ilin sonuna qədərdir. /Oxu.Az
Milli.Az
Baxış sayı:40
Bu xəbər 10 İyul 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















