“Qarabağ”la oyunu səbirsizliklə gözləyirəm" Coy Lens Mikels
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
“Sabah”ın futbolçusu Coy Lens Mikels UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Dortmund “Borussiya”sı ilə keçirilən oyundan (1:2) sonra jurnalistlərə danışıb.
QOL.az xəbər verir ki, almaniyalı hücumçu oktyabrın 25-də Misli Premyer Liqasının 9-cu turunda “Qarabağ”a qarşı keçirəcəkləri matçdan da danışıb:
“Biz ən yaxşı oyunları keçirmək istəyirik. İndi qarşımızda “Qarabağ” var. Bilirəm ki, sizin üçün də bu, çox xüsusi oyundur – “Sabah” “Qarabağ”a qarşı. Meydanda yenə yüksək səviyyəli futbolun şahidi olacağıq. Mən də “Qarabağ”la oyunu səbirsizliklə gözləyirəm. Məhz belə oyunların iştirakçısı olmaq istəyirik.
Çox yaxşı hazırlaşacağıq. Bazar günü oynayacağımız üçün yaxşı bərpa olunmağa kifayət qədər vaxtımız var. “Qarabağ”a qarşı komanda şəklində oynayacağıq, maraqlı olacaq. Üstəlik, bu oyunu öz yeni stadionumuzda keçirəcəyik. Bu, çox xoşdur”.
Xatırladaq ki, Misli Premyer Liqasının 9-cu turunun "Sabah" - "Qarabağ" matçı oktyabrın 25-də Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək. Oyun saat 18:00-da başlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 21 Oktyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















