Icma.az
close
up
RU
Qarabasmalardan xilas olmaq üçün nə etmək lazımdır? PSİXOLOQDAN ƏHALİYƏ XƏBƏRDADLIQ

Qarabasmalardan xilas olmaq üçün nə etmək lazımdır? PSİXOLOQDAN ƏHALİYƏ XƏBƏRDADLIQ

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Son dövrlərdə sosial şəbəkələrdə və insanların şəxsi təcrübələrində tez-tez rast gəlinən bir hal - yuxu zamanı hərəkətsiz qalmaq, səsini çıxara bilməmək və hətta qorxulu varlıqlar hiss etmək – bir çoxları tərəfindən "qara basma" və ya "cin musallatı" kimi şərh olunur. Halbuki, bu vəziyyətin arxasında elmi olaraq izah edilə bilən bir yuxu pozuntusu – yuxu iflici dayanır. Mütəxəssislər bildirirlər ki, bu hal sağlamlıq baxımından ciddi təhlükə yaratmasa da, onun səbəbləri və qarşısının alınması yolları haqqında məlumatlı olmaq vacibdir.


Mövzu ilə bağlı psixoloq Ayda Məmmədova Avtosfer.az-a bildirib ki, belə anlarda insan yuxu halında olarkən bədənini hərəkət etdirə bilmir, danışmaqda çətinlik çəkir və sanki iflic vəziyyətinə düşür:


“Xalq arasında bu hal “qara basma” kimi tanınır. Bəzən insanlar bu vəziyyəti cinlər, şeytanlar və ya başqa qeyri-adi varlıqlarla əlaqələndirirlər. Halbuki, bu, elmi dildə “yuxu iflici” və ya “yuxu üsveci” adlanan bir haldır. Bu vəziyyət, yuxunun REM (Rapid Eye Movement) fazasında baş verir. REM fazası zamanı beynimiz aktiv olur, amma bədənimiz passiv, yəni iflic vəziyyətində qalır. Məhz bu mərhələdə biz canlı və çox vaxt real kimi görünən röyalar görürük. Yuxu iflici zamanı insanın şüuru açıq olur, ətrafında baş verənləri hiss edir, lakin bədənini hərəkət etdirə və ya danışa bilmir. Bəzən insan bu haldaykən yuxuda olduğunu anlayır, lakin bu iki vəziyyəti – yuxu və reallığı bir-birindən ayırmaqda çətinlik çəkir. Bu isə qorxu, narahatlıq və hətta panikaya səbəb ola bilər”.


Psixoloq qeyd edib ki, yuxu iflicinin yaranmasına bir neçə amil səbəb ola bilər:

"Birinci səbəb yuxu rejiminin pozulmasıdır. Davamlı şəkildə gec yatmaq, yatma və oyanma saatlarının qeyri-sabit olması yuxu keyfiyyətini azaldır. İkinci mühüm səbəb psixoloji gərginlik və stressdir. Uzunmüddətli stress, narahatlıq və psixoloji yüklənmə yuxu iflicinin əsas səbəblərindən biridir. Digər səbəblərə isə rahat olmayan yatma şəraiti daxildir. Konfortlu yataq, sakit və qaranlıq otaq yuxu keyfiyyəti üçün vacibdir.
Bəzən bu vəziyyət dərman preparatlarının qəbulu nəticəsində də yarana bilər. Məsələn, yuxu dərmanları və ya antidepresantlar, həmçinin bəzi nevroloji müalicələr bu vəziyyəti tetik edə bilər. Narkolepsiya kimi bəzi nevroloji pozuntular da yuxu iflicini müşayiət edə bilər. Eyni zamanda, yuxu apnesi kimi nəfəsin dayanması ilə xarakterizə olunan pozuntular da bu halın yaranmasına səbəb ola bilər. Bu halın əsas səbəbi REM yuxu fazasında baş verən proseslərlə bağlıdır. REM fazasında beynimiz tam aktiv olur, lakin bədənimiz hərəkətsiz vəziyyətdə qalır. Bəzi insanlar bu halı “ruh bədəndən çıxır” kimi təsvir etsələr də, əslində bu, beynin bədənə hərəkət siqnalları göndərə bilməməsi ilə bağlıdır. Yəni şüur aktiv olsa da, bədən hərəkət edə bilmir. Bu vəziyyət bəzən qorxu hissləri, qaranlıqdan çəkinmə və digər narahatedici duyğularla müşayiət oluna bilər”.


Aydan Məmmədova vurğulayıb ki, yuxu iflicinin qarşısını necə almaq olmaq üçün ən vacib tədbir yuxu rejimini qaydaya salmaqdır:


“Bunun üçün insan özünə hər gün müəyyən bir saat təyin etməli və o saatda yatıb, eyni saatda oyanmağa çalışmalıdır. Mümkün qədər gecə saat 12-dən sonra yatmamaq tövsiyə olunur. Yuxudan öncə və oyandıqdan dərhal sonra telefona və ya digər texnoloji cihazlara baxmamaq məsləhətdir. Bu cihazların yaydığı şüalar yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər. Hətta bir qədər müşahidə etsək, görərik ki, telefona çox baxdıqca insanın yuxuya getməsi çətinləşir və yuxu müddəti azalır.
Stressi azaltmaq da yuxu iflicinin qarşısını almaq üçün vacibdir. Stress yaradan səbəblər aşkarlanmalı və onlarla mübarizə aparılmalıdır. Əgər insan bu problemi təkbaşına həll edə bilmirsə, psixoloq, psixoterapevt və ya "yaşam koçu" kimi mütəxəssislərə müraciət etməsi faydalı olar. Əgər belə mütəxəssislərə getmək imkanı yoxdursa, ev şəraitində edilən sadə nəfəs məşqləri, meditasiya və rahatladıcı fəaliyyətlər də kifayət qədər təsirli ola bilər”.


Nəticə olaraq, yuxu iflici qorxulu və anlaşılmaz bir hal kimi görünsə də, bunun elmi izahı və qarşısını alma yolları mövcuddur. Sadəcə olaraq yuxu rejiminə riayət etmək, stressdən uzaq durmaq və sağlam həyat tərzi sürmək bu problemin qarşısını almaqda əsas rolu oynayır.


Fidan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 Aprel 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see195

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see194

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see180

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see139

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see138

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see132

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see125

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see119

Yeməkdən dərhal sonra çay içmək olmaz Yan təsiri var

01 Dekabr 2025 09:52see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri