Icma.az
close
up
RU
Psixoloqdan ETİRAZ: “Qadın kimisə tərbiyələndirmək üçün ailə qurmur”

Psixoloqdan ETİRAZ: “Qadın kimisə tərbiyələndirmək üçün ailə qurmur”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Əfsuslar olsun ki, son dövrlərdə ailələrin dağılması həddindən artıq normal hala çevrilib”. 

Bu sözləri psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova “Cebheinfo.az”-a açıqlamasında deyib.

O, bunun səbəbləri barədə danışıb:

“Çünki ailə dağılarkən təkcə 2 nəfərin həyatı dəyişmir, ətrafındakı insanlara da toxunur, onları da narahat edir. Səbəbsiz halda boşanan ailələr də olur. Əslində, səbəbsiz dedikdə qurulan gənc ailələri nəzərdə tuturam. Onların bir-birinə öyrəşmələri üçün zaman lazım olur”.

Psixoloq qeyd edib ki, evliliyin ilk günləri hər iki tərəf üçün çətin olur:

“Hər iki tərəf fərqli tərbiyə mühitindən çıxıblar, bir-birinə öz normalarını, düşüncələrini qəbul etdirənədək minimun 3 il keçir. Bu müddət ərzində kənardan müdaxilə olunarsa, hərə öz düşüncəsini irəli sürərsə, ailələr mənasız söhbətlər üzündən dağılır. 

Halbuki, ortaq məxrəcə gələ bilərlər. Ona görə cütlüklər ailə qurduqdan sonra hər biri öz normalarını qarşı tərəfə bir başa qəbul etdirə bilməz, buna zaman lazımdır”.

Lakin o diqqətə çatdırıb ki, konkret səbəblərə görə boşanan qadınlar çoxluq təşkil edir:

“Qadına qarşı şiddət, xəyanət, şəxsiyyətin alçaldılması və s. kimi hallar boşanmaya gətirib çıxarır. Ümumiyyətlə, qadın kimisə tərbiyələndirmək üçün ailə qurmur. Kişilər də bu reallığı qəbul etməlidirlər. 

Hər bir xanım xoşbəxt olmaq üçün evlənir. Heç bir qadın da yuvasını dağıtmaq istəməz. Düzdür, istisnalar hər zaman var. Ona görə də ümumi danışmaq çox çətindir. Bəli, yola gedilməsi çətin qadınlar da var”. 

Fatimə Bayramova təkliflə də çıxış edib:

“Mən təklif edərdim ki, boşanmadan əvvəl ən azı 1 ay ailə terapevtinə müraciət olunsun. Əgər ailənin dağılmasına səbəb terapevtik yolla həll oluna bilərsə, ayrılmağa tələsməsinlər. 

Çünki çox zaman sonradan peşman olurlar. Hətta seanslarda xanımların sırf boşandıqları üçün depressiyaya düşdüklərini görürük. Boşanmaqla bağlı əvvəl ona böyük inam gəlir, kimsə də dəstəkləyir, amma sonda peşman olur”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Boşanma psixoloq açıqlama

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri