Icma.az
close
up
RU
Qaraciyərin sağlamlığını ən yaxşı hansı çay dəstəkləyir?

Qaraciyərin sağlamlığını ən yaxşı hansı çay dəstəkləyir?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qaraciyər hər gün mühüm funksiyaları yerinə yetirir. O, orqanizmdən toksinlərin xaric edilməsinə və qida maddələrinin emalına kömək edir. Araşdırmalar göstərir ki, yaşıl çay qaraciyərin sağlamlığını dəstəkləyə bilər.

Qaynarinfo "EatingWell"ə istinadən xəbər verir ki, əvvəllər qaraciyər xəstəliklərinin ən geniş yayılmış səbəbi alkoqoldan sui-istifadə hesab olunurdusa, hazırda əsas səbəblərdən biri metabolik disfunksiya ilə əlaqəli steatotik qaraciyər xəstəliyidir (MASLD). Bu vəziyyət qaraciyərdə yağın toplanmasına səbəb olur və ciddi xəstəliklərə qədər inkişaf edə bilər.

Qaraciyər piylənməsinin ilkin mərhələlərində qidalanma və həyat tərzində dəyişikliklərə ehtiyac yaranır. Bununla yanaşı, yaşıl çay əlavə dəstək vasitəsi ola bilər.

Dietoloq Ceki Bridsonun sözlərinə görə, yaşıl çayın əsas antioksidantı olan EGCG orqanizmə yağları və şəkəri daha səmərəli emal etməyə kömək edə bilər. Bəzi araşdırmalar da yaşıl çay qəbulunu qaraciyər xəstəlikləri riskinin bir qədər azalması və qaraciyərdə yağ toplanmasının azalması ilə əlaqələndirir.

Araşdırmalardan biri göstərib ki, gündə 3-4 fincan yaşıl çay və polifenollarla zəngin əlavə bitki məhsullarını ehtiva edən "yaşıl" Aralıq dənizi pəhrizi ənənəvi Aralıq dənizi pəhrizi ilə müqayisədə qaraciyərdə yağ toplanmasının daha çox azalmasına səbəb olub.

Bağırsaq da "bağırsaq-qaraciyər əlaqəsi" adlanan mexanizm vasitəsilə qaraciyərin sağlamlığında mühüm rol oynayır.

Diyetoloq Endi De Santisin sözlərinə görə, yaşıl çayın polifenolları antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir və bağırsaq mikrobiomuna təsir göstərə bilər.

De Santis izah edir ki, bu polifenollar faydalı bağırsaq bakteriyalarının çoxalmasına kömək edir və arzuolunmaz bakteriyaların təsirini çətinləşdirir.

Həzm sistemindən gələn qan qaraciyərə daxil olduqda bağırsaqlarda arzuolunmaz bakteriyaların həddindən artıq çoxalması nəticəsində yaranan zərərli birləşmələr də qaraciyərə çata və orqanın zədələnməsinə səbəb ola bilər.

Xroniki iltihab və oksidləşdirici stress qaraciyərin zədələnməsinə və xəstəliklərin inkişafına səbəb olan proseslərdən biridir.

Diyetoloq Kerolayn Tomason Bunnun sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər qaraciyər hüceyrələrini oksidləşdirici stress və iltihabdan qoruya bilər.

Hüceyrə səviyyəsində aparılan araşdırmalar göstərir ki, yaşıl çayın polifenolları iltihabi siqnalları azalda və orqanizmin öz antioksidant müdafiəsini gücləndirə bilər. İltihab və oksidləşdirici stress hüceyrələrin zədələnməsinə və qaraciyərdə yağ toplanmasına səbəb olduğundan, bu birləşmələr belə zərərin azalmasına kömək edə bilər.

Qaraciyər fermentləri orqanın yükünü qiymətləndirməyə və qaraciyər xəstəliyi və ya zədələnməsinin əlamətlərini müəyyən etməyə kömək edən göstəricilərdir.

Bəzi kiçik araşdırmalar göstərib ki, hər gün yaşıl çay içmək xüsusilə göstəriciləri yüksək olan və ya qaraciyər xəstəliklərindən əziyyət çəkən insanlarda AST, ALT və ALP fermentlərinin səviyyəsini azalda bilər.

Qaraciyərin sağlamlığı üçün yalnız içkilər deyil, ümumi həyat tərzi də vacibdir. Gündəlik əlavə şəkər qəbulunu 50 qramla məhdudlaşdırmaq və tərəvəz, meyvə, tam taxıllı məhsullar, paxlalılar, qoz-fındıq, toxumlar və yağsız zülallardan ibarət balanslaşdırılmış qidalanmaya üstünlük vermək tövsiyə olunur.

Həftədə ən azı 150 dəqiqə fiziki aktivlik qaraciyərdə yağ miqdarını azalda bilər. Alkoqoldan mümkün qədər uzaq durmaq da tövsiyə edilir. Alkoqol qəbul edən insanlar üçün isə gündəlik miqdarın kişilərdə iki, qadınlarda isə bir porsiyadan az olması qaraciyərin zədələnməsi riskini azalda bilər.

Adi yaşıl çay qidalanmaya faydalı əlavə ola bilər. Lakin əlavələrdən istifadə zamanı ehtiyatlı olmaq lazımdır: yüksək dozalı yaşıl çay ekstraktı tabletləri bəzi hallarda qaraciyərin zədələnməsi ilə əlaqələndirilib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Avqust 2026 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri