Qaraçuxurdakı “Dostluq” marketdən ərzaq aldı, belə çek verdilər FOTO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtda, eləcə də bölgələrdə bəzi market sahiblərinin hələ də özbaşınalıqları davam edir.
Avtosfer.az xəbər verir ki, Suraxanı rayonundakı marketdən bəzi məhsullar alan vətəndaş çekdə qəribəlik olduğunu sonradan bilib.
Belə ki, rayonun Qaraçuxur qəsəbəsi 4-cü döngə ünvanındakı “Dostluq” market tərəfindən aldadıldığının sonradan fərqinə varıb. Müştəri marketdən 5 növ məhsul alıb. Ona verilən marketin özünə aid qəbzində bütün çeşidlər qeyd edilib. O, daha sorna ƏDV-li çek üçün geri qayıdanda, ona siyahısında yalnız 1 çeşid üçün yeni çek təqdim olunub.
Müştəriyə verilən yeni çekdə digər 4 məhsulun adı yer almayıb. O, əldə etdiyi çekin şəklini sosial şəbəkədə paylaşıb və bildirib ki, market işçisinə verilən çeklə bağlı şikayət etdikdə isə ona “müdiriyyət necə deyibsə, o cür tərtib olunub” cavabı verib. Vətəndaş aidiyyəti qurumlardan yaranan problemi həll etməyi xahiş edib.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 02 İyul 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















