Icma.az
close
up
RU
Kişineuda “Xarıbülbül” AzərbaycanMoldova Dostluq Xiyabanı salındı FOTO

Kişineuda “Xarıbülbül” AzərbaycanMoldova Dostluq Xiyabanı salındı FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Moldovanın paytaxtı Kişineuda “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq Xiyabanı salınıb.
Bizim.Media xəbər verir ki, 2024-cü ildə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Kişineuda növbəti ağacəkmə aksiyası keçirilərək, “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq Xiyabanı lövhəsi vurulub.
Azərbaycanın Moldovadakı səfirliyi, Kişineu şəhər meriyasi, BMT-nin Moldovadakı rezident əlaqələndiricisinin ofisi və Moldova Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında Kişineunun vitse-meri İrina Qutnik, Moldova Respublikası parlamentinin deputatı Vitali Jakot, Moldovanın Ətraf Mühit Nazirliyinin dövlət katibi Georqi Hajder, ictimai fəallar, diaspor nümayəndələri iştirak ediblər.
 

Kişineunun Bukuriya küçəsindəki xiyabanda ağacəkmə aksiyası və “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq Xiyabanı lövhəsinin açılış mərasimində çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Ülvi Baxşəliyev bildirib ki, bu günlərdə Bakıda işini yekunlaşdıran BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünyada iqlim dəyişikliyinə qarşı mübarizəyə öz töhfəsini verib.


“Azərbaycan və Moldova ölkələri arasında əlaqələr getdikcə möhkəmlənir. Moldova Prezidenti Maya Sandunun COP29 konfrasında iştirakı buna bariz nümunədir. Bu gün Kişineuda həyata keçirilən bu aksiya da yaşıl həmrəyliyin bariz nümunəsidir. Azərbaycan dövləti iqlim dəyişiklikləri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verir və bu istiqamətdə layihələr gerçəkləşdirir”, - deyə səfir əlavə edib.
Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov isə çıxışında bildirib ki, bu aksiyalar dünya birliyinin diqqətini ekologiyaya cəlb etmək baxımından önəmlidir. “Azərbaycanlılar üçün çox rəmzi olan “Xarıbülbül”ün adı verilən bu xiyaban Azərbaycan və Moldova xalqlarının dostluğunu əbədiləşdirəcək və Kişineunun ekoloji rifahına töhfə verəcək. Ümidvaram ki, bizim əkdiyimiz ağaclar kök salaraq Azərbaycanla Moldova arasında olan yaxşı münasibətlər qədər möhkəm olacaq”, - deyə o qeyd edib.
 

Moldova Respublikası parlamentinin deputatı Vitali Jakot, Moldovanın Ətraf Mühit Nazirliyinin dövlət katibi Georqi Hajder isə çıxışlarında Azərbaycana səfərləri və COP29 iqlim sammitində iştirakları ilə bağlı xoş təəssüratlarını bölüşüb, Azərbaycanın nümayiş etdirdiyi ekoloji problemlərə mütərəqqi yanaşmanı diqqətə çatdırıblar.


Kişineunun vitse-meri İrina Qutnik çıxışında vurğulayıb ki, bu cür aksiyalar şəhərin ekoloji tarazlığının qorunması və abadlaşdırılmasında vacib rol oynayır. O, meriya ilə Azərbaycan diasporu arasında tərəfdaşlıq və dostluq əlaqələrinin inkişaf etdiyini bildirib.
Daha sonra “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq Xiyabanı lövhəsinin açılış mərasimi olub.


Qeyd edək ki, “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq Xiyabanında 40-dan çox ağac əkilib.




Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Dekabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri