Icma.az
close
up
RU
Qaradağda elmi praktik konfrans keçirilib FOTOLAR

Qaradağda elmi praktik konfrans keçirilib FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

17 aprel 2025-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyev və Azərbaycan memarlığı mövzusunda elmi-praktik konfrans keçirilib. 

"Unikal" xəbər verir ki, konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov,  Millət vəkilləri Aydın Hüseynov, Səbinə Xasayeva, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müşaviri Kamil Məmmədov, Şura üzvləri, rayonun idarə və müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. 

Tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.  

Tədbiri giriş sözü ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açaraq Heydər Əliyevin Azərbaycanın inkişafında müstəsna rolu və xidmətləri olduğunu, onun müxtəlif sahələrdə əldə etdiyi yüksək nailiyyətlərdən birinin də memarlıq olduğunu qeyd edib.  Belə ki, onun rəhbərliyi ilə Bakıda və respublikanın başqa şəhərlərində memarların yüksək ustalığından xəbər verən ictimai və yaşayış binaları, parklar, memarlıq abidələri meydana gəlmişdir. Bu dövr Azərbaycanda şəhərlərin planlaşdırılmasında və tikintisində ən məhsuldar dövr kimi memarlıq tariximizə daxil olmuşdur.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev öz çıxışında Heydər Əliyevin heykəltaraşlıq sahəsində yeniliklərin yaradılmasını o cümlədən özünün rəhbəri olduğu Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev abidəsinin və parkının qurulması haqqında fikirlərini bildirib. 

Tədbirdə iştirak edən Millət vəkilləri Aydın Hüseynov, Səbinə Xasayeva və YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev öz çıxışlarında şəhərsalma və memarlıq abidələrinin Heydər Əliyevin sayəsində yüksək zövqlə tərtibatını, eyni zamanda Bakı, Naxçıvan və respublikanın digər şəhərlərində tikinti quruculuq və quraşdırma işlərində onun izinin olduğunu vurğulayıblar. 

Sonda mövzuya uyğun videoçarx nümayiş olundu.  


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Aprel 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri