Qaradağda toy məclisindən çıxan kişi həbs edildi TƏFƏRRÜAT
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Bakının Qaradağ rayonunda toy məclisindən çıxan 50 yaşlı kişi həbs edilib.
Mderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Lökbatan qəsəbəsində yerləşən “Dəniz Palace” şadlıq sarayı qarşısında baş verib.
1976-cı il təvəllüdlü Aslan Babayev (ad-soyad şərti verilib – red.) şadlıq sarayının qarşında nalayiq ifadələr işlədib və polis əməkdaşlarına qarşı tabesizlik göstərib.
Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) və 535.1-ci (Polisin qanuni tələblərinə tabe olmama) maddəsi ilə protokol tərtib edilib.
İş üzrə izahat verən Babayev izahatında göstərib ki, “Dəniz Palace” şadlıq sarayında toydan çıxıb: “Özüm ilə birlikdə 2 oğlum restoranın qarşısında dayanmışdıq. 1 oğlum içkili olub, digəri isə namaz qılan olduğu üçün içki qəbul etməyib. Həmin ərazidə içkili olan oğlum biraz səs-küy saldı”.
Araşdırma zamanı məlum olub ki, Babayev həmin gün sərxoş vəziyyətdə olub və səs-küy salıb. Ərazidə olan polis əməkdaşları Babayevə yaşca böyük olduğunu nəzərinə çatdıraraq onu və yanındakıları sakitləşdirməyə çalışıblar. Amma onlar sakitləşməyiblər.
Bu zaman Babayevi avtomaşına əyləşdirmək istəyən zaman polisin göstərişinə məhəl qoymayıb, xidməti avtomobilinin qapısını açaraq oranı tərk etməyə cəhd göstərib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Babayev 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 17 Sentyabr 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















