Icma.az
close
up
RU
Qaraqandan yeni klip

Qaraqandan yeni klip

Olay.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qaraqandan yeni klip

Azərbaycanın tanınmış reperi və yazıçısı Qaraqan yenidən dinləyicilərinin qarşısına fərqli və düşündürücü bir layihə ilə çıxıb.

OLAY yazır ki, o, “Sıradan Adam” adlı yeni mahnısını təqdim edib. Mahnı, 13 fevral tarixində klipi ilə birlikdə dinləyicilərə təqdim olunub və maraqlı vizual həlli ilə diqqət çəkib.

Bu klip Azərbaycanda bir ilk olan kukla teatrı janrında hazırlanıb. Hadisələrin mərkəzində “Sıradan Adam” adlanan bir insan dayanır. O, otağında ətrafa baxaraq, həyatının uğursuz və kasıb olduğunu anlayır. Onun yaşadığı evin interyerindən də bu hiss olunur. Divarda Nizami Gəncəvinin rəsminin asılması isə onun mədəni bir insan olduğuna işarə edir.

Süjetin başqa bir maraqlı detalı masanın üzərindəki qəzetdir. Qəzetdə plastik əməliyyatlar vasitəsilə insanların getdikcə bir-birinə daha çox bənzədiyi vurğulanır. Bu isə Sıradan Adamın fərqli bir insan olaraq kütlə içində tək qaldığını və onların bayağı dünyasına uyğunlaşmaq istəmədiyini göstərir. Cəmiyyət tərəfindən qəbul edilmədiyi üçün təkliyə məhkum olan bu insan sonda əlində “2+2=5” yazısı ilə Bakının mərkəzinə çıxır.

Bu simvolik səhnə Sıradan Adamın cəmiyyətin yalanlarını qəbul etdiyini və onlarla barışdığını göstərir. Belə olduqda, üzsüz, formasız, bir-birinə bənzəyən skelet insanlar ona yaxınlaşır və orkestr xorunun müşayiəti ilə mahnı oxumağa başlayırlar.

Klipin ikinci hissəsində isə Sıradan Adamın içində üsyan qopur. O, həqiqi fikirləri ilə cəmiyyətdən müraciət etməyə çalışır. Lakin bu fərqliliyi insanlar qəbul etmir və onu barmaqla göstərməyə, daş atmağa başlayırlar. Nəticədə, o, cəmiyyətdən kənarlaşdırılır və həkimlər tərəfindən ruhi xəstəxanaya aparılır.

Mahnının əsas mesajı fərqli düşünən, mədəni insanın cəmiyyət tərəfindən sıxışdırılması və bayağı kütlə tərəfindən qəbul edilməməsidir. Belə insanlar hətta “dəli” adlandırılaraq, bayağılığın içində itir.

Qaraqan hər zaman düşündürücü və cəmiyyətə mesaj verən işləri ilə fərqlənib. O, öz yaradıcılığı ilə sosial problemləri qabardır və fərqli yanaşmalar sərgiləyir. Buna qədər Qaraqan və Yaradıcı Birlik komandası Azərbaycanda ilk süni intellektlə çəkilmiş klipi və ilk animasiya komiksi kimi vizual yeniliklərə imza atmışdır. Hazırda isə Qaraqan ABŞ-da olmasına baxmayaraq, Azərbaycanda “Mədrəsə” adlı sənədli filmi və fəlsəfi mühazirə dərslərini təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://olay.az
archiveBu xəbər 19 Fevral 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see312

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see248

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see243

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see237

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see236

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see234

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see231

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see201

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see200

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see193

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see168

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see166

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see166

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see166

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see163

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see163

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see163

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see162

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see158

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri