“Qaravəlli” Xeyriyyə Cəmiyyəti bu şəxslərə ət və pul yardımı etdi FOTO
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Ağcabədi rayonunun Qaravəlli kəndindən olan, Rusiyada yaşayan iş adamları “Qaravəlli” Xeyriyyə Cəmiyyəti qurublar.
Redaktor.az xəbər verir ki, cəmiyyətin büdcəsi üzvlərin ianələri hesabına toplanır.
Xeyriyyə Cəmiyyəti davamlı olaraq kəndin abadlaşmasına, şagirdlərə paltar, məktəb ləzavimatları alınmasına, yolların, körpülərin yenilənməsinə, xəstələrin müalicəsinə, imkansızlara yardımlar edirlər. Eyni zamanda, Novruz, Ramazan, Qurban bayramlarında kəndin kasıb ailələrinə ərzaq paylayırlar və başqa problemlərin həllinə yatırım qoyurlar.
Xeyriyyə Cəmiyyəti bu dəfə də, mart ayının 18-də həm ilaxır çərşənbəsi, həm də Ramazan adına, ağsaqqalların xeyir-duaları ilə maddi imkanı aşağı olan kənd əhalisinə ət və pul yardımı edib.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 20 Mart 2025 01:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















