Icma.az
close
up
RU
Qardaş dəstəyi unudulmazdır ŞƏRH

Qardaş dəstəyi unudulmazdır ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkmənistanın Türkmənbaşı şəhərində keçirilənAzərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü Azərbaycanın region dövlətləri ilə münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəldiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin görüşdəki çıxışı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qurduğu çoxşaxəli və qarşılıqlı etimada əsaslanan əlaqələrin mahiyyətini aydın şəkildə ortaya qoydu. Azərbaycanın ötən ilin noyabrında bu formata tamhüquqlu üzv kimi qəbul edilməsi ölkəmizinMərkəzi Asiya ilə münasibətlərində tarixi dönüş nöqtəsi olmaqla yanaşı, vahid geosiyasi və geoiqtisadi məkanda əməkdaşlığın daha geniş imkanlar qazanmasına şərait yaradıb. Bu gün Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələr yalnız diplomatik münasibətlərlə məhdudlaşmır, iqtisadiyyat, nəqliyyat, enerji, investisiya və humanitar sahələri əhatə edən geniş əməkdaşlıq platformasına çevrilir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işlərində dost və qardaş ölkələrin dəstəyi xüsusi əhəmiyyət daşıyır. Bu dəstək təkcə maddi yardım deyil, həm də Azərbaycanla həmin ölkələr arasında mövcud olan dostluq və həmrəyliyin göstəricisidir. Prezident İlham Əliyev oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bu məsələyə xüsusi diqqət çəkib. Dövlət başçısı bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Bu dəstəyin konkret nümunələri artıq Qarabağda özünü göstərir. Özbəkistan Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb inşa edib. Bu məktəb uşaqların təhsil alması ilə yanaşı, Azərbaycan-Özbəkistan dostluğunun da rəmzlərindən biridir. Qazaxıstan tərəfindən isə Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib. Mərkəz uşaqların müxtəlif yaradıcılıq sahələri ilə məşğul olması üçün imkanlar yaradır. Qırğızıstan da Qarabağın bərpasına öz töhfəsini verərək Ağdamda Manas adına məktəb inşa edib. Bu layihələrin hər biri Qarabağın yenidən qurulmasının yalnız Azərbaycanın deyil, dost və qardaş ölkələrin də diqqətində olduğunu göstərir. Məktəblərin və yaradıcılıq mərkəzlərinin tikilməsi xüsusilə əhəmiyyətlidir. Çünki Qarabağda həyatın yenidən qurulması yalnız yolların, binaların və infrastrukturun yaradılması ilə məhdudlaşmır. Burada insanların, xüsusilə uşaqların normal və təhlükəsiz həyat şəraitinin təmin olunması da əsas məsələlərdəndir.
Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin və Ağdamda Manas adına məktəbin yaradılması bu baxımdan mühüm addımlardır. Bu obyektlər Qarabağın gələcəyinə, burada böyüyən yeni nəslə yönəlmiş layihələrdir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri son illərdə daha da genişlənib. Siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə
əməkdaşlığın inkişafı xalqlar arasında münasibətləri də möhkəmləndirir. Qarabağın bərpasında Özbəkistan, Qazaxıstan və Qırğızıstanın iştirakı bu münasibətlərin konkret nəticələrindən biridir. Prezident İlham Əliyev çıxışında göstərilən qardaş dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Bu dəstək Azərbaycan xalqı üçün həm mənəvi, həm də praktiki əhəmiyyət daşıyır. Qarabağda yeni məktəblərin, mərkəzlərin, yaşayış məhəllələrinin və digər obyektlərin yaradılması bölgədə həyatın sürətlə bərpa olunduğunu göstərir. Dost və qardaş ölkələrin bu prosesdə iştirakı isə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığını, xalqlar arasında humanitar və mənəvi bağların da güclü olduğunu nümayiş etdirir. Özbəkistanın Füzulidə, Qazaxıstanın Füzulidə, Qırğızıstanın isə Ağdamda həyata keçirdiyi layihələr gələcək nəsillərə ünvanlanan mühüm dostluq nümunələridir. Bu layihələr Qarabağın bərpası tarixində Azərbaycanla qardaş ölkələrin həmrəyliyini göstərən konkret izlər kimi qalacaq.

Əlövsət Qurbanov

YAP Lənkəran rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri