Icma.az
close
up
RU
Qardaş ölkə ilə bağlı ŞOK XƏBƏRDARLIQ Tezliklə silkələnə bilər...

Qardaş ölkə ilə bağlı ŞOK XƏBƏRDARLIQ Tezliklə silkələnə bilər...

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda oktyabrın 27-də baş verən 6,1 bal gücündə zəlzələdən sonra bölgəyə gedən Dokuz Eylül Universitetinin Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin müdiri, professor Həsən Sözbilir eyni gücdə yeni zəlzələlərin də ola biləcəyinə diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, komandası ilə bölgədə geniş araşdırmalar aparan Sözbilir bildirib:

“Sındırqının cənubundakı dağlıq ərazidə əvvəllər aktiv olmayan fay xətləri aşkar etdik. Bu faylar milyonlarla il əvvəl hərəkətli olub. Onlar “ölü fay” kimi qəbul edilirdi. İndi isə bu fayların yenidən zəlzələ yaratdığını gördük. Qərbdən şərqə doğru uzanan, hər biri 10-15 kilometr uzunluğunda, ümumilikdə 45 kilometrə çatan fay seqmentləri mövcuddur.

Bu zonada bir-birindən asılı olmayan, müstəqil şəkildə zəlzələ yarada bilən seqmentlər var. Əvvəlcə qərbdəki fay qırıldı, 2,5-3 ay sonra isə 15 kilometr şərqdə yerləşən başqa bir fay aktivləşdi. Eyni sistem daxilində şərq istiqamətində uzanan faylar da mövcuddur. Yaxın zamanda buna bənzər gücdə yeni zəlzələlər baş verə bilər”.

Həsən Sözbilir bölgədəki tikililərlə bağlı təcili tədbirlər görülməsinin vacibliyini vurğulayıb:

“İlk zəlzələdə uçan və zərər görən binalar vaxtında boşaldıldığı üçün ikinci zəlzələdə itki yaşanmadı. Son zəlzələdə isə yenidən orta və ağır dərəcədə zədələnmiş binalar var. Bu binaların dərhal boşaldılmasında fayda var. Çünki yaxın aylarda 5 bala qədər gücdə yeni zəlzələlər ola bilər və bu tikililər uçma təhlükəsi daşıyır. Vətəndaşlarımız belə binaların içində və ya yaxınlığında qalmaqdan çəkinməlidirlər”.

Xatırladaq ki, Balıkesirin Sındırqı rayonunda 10 avqustda da 6,1 bal gücündə zəlzələ qeydə alınmışdı. Oktyabrın 27-də baş verən zəlzələ İzmir, İstanbul, Bursa və ətraf vilayətlərdə də hiss olunub. Hər iki zəlzələdə çox sayda tikili zərər görüb./musavat 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Noyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri