Qardaş ölkədə naməlum infeksiya: 5 min nəfər...
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin şimalında yerləşən Tokat şəhərində son üç gün ərzində təxminən 5 000 sakin ürəkbulanma, qarın ağrısı və ishal şikayətləri ilə yerli xəstəxanalara müraciət edib.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Tokat vilayətinin qubernatoru Abdullah Köklü məlumat verib. Onun sözlərinə görə, hazırda 30 nəfər müalicə alır.
Qeyd olunub ki, mütəxəssislər içməli su nümunələri götürərək şikayətlərin mənbəyini müəyyənləşdirmək üçün Ankaraya göndəriblər.
"İnfeksiya mənbəyinin içməli su olub-olmadığını hələ bilmirik. Səhiyyə Nazirliyində aparılan analizlərin nəticələrinə əsasən lazımi məlumatları əldə edəcəyimizə ümid edirik", - deyə qubernator vurğulayıb.
Onun sözlərinə görə, dezinfeksiya işlərinin aparılması məqsədilə bir günlük dayandırılan dərslər çərşənbə axşamı yerli məktəblərdə bərpa olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 12 Oktyabr 2026 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















