Icma.az
close
up
RU
Qardaş Türkiyənin sərvəti kimi dəyərləndirilən Atatürk Portreti əsərinin müəllifi...

Qardaş Türkiyənin sərvəti kimi dəyərləndirilən Atatürk Portreti əsərinin müəllifi...

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Doğrudur, uşaq vaxtı rəssamlıqla yanaşı, musiqi və balet dərslərinə də gedib, amma bunların arasında ən sevdiyi sənət rəssamlıq olub. Hətta bu bacarığını nəzərə alıb, məktəbdə oxuduğu sinfin hər ay çıxan divar qəzetinin tərtibatını ona tapşırıblar. Bir dəfə Məhəmməd Füzulinin yubileyində qara qələmlə portretini elə çəkib ki, hamı heyran olub, müəllimləri tərəfindən çox bəyənilib...

Deyir ki:- “Rəssamlıq mənim üçün sənətdir, hobbi deyil. Əgər hobbi olaraq məşğul olsaydım, əsərlərimi bağışlamaq rahat olardı. Üzərində böyük zəhmət, vaxt sərf etdiyim əsərləri əgər bağışlamaq ehtiyacı duyuramsa, bunun mütləq mənəvi qarşılığı olur. Bağışlamadan öncə razılaşdırıram ki, həmin kəslər gələcəkdə gənclərin inkişafına töhfə verəcək layihələri dəstəkləyəcəklər. Amma suvenir kimi heç vaxt bağışlamamışam, bağışlamaram da...”

Rəssamlığa olan sevgisi onu rəssam olmağa həvəsləndirir. Və bu sənətin arxasıyca getməkdə ona yazıçı-publisisti, ssenarist və jurnalist Sara Nəzirova istiqamət verir. Sonra səkkiz ilə yaxın əməkdar rəssam Bəyimxanım Hacızadədən, o cümlədən SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsgər Əsgərovdan bu sənətin sirlərini öyrənir. Daha sonra İtaliyada, Vyanada rəssamlıq dərsləri alır. Avropa muzeylərində böyük rəssamlar Leonardo da Vinçi, Mikelancelo, Pikasso kimi sənətkarların əsərlərini saatlarla araşdırır və hər gün səhər muzeyə gedir, axşama qədər o rəssamların rəsmlərinin surətini köçürürdü...

“Hər hansı bir şəxsiyyətin rəsmini çəkirəmsə, mütləq onun həyatını, əsərlərini araşdırıram. İkinci mərhələdə oxuduğum materialları sintez edirəm. Şəxsiyyəti araşdıraraq kəşf edirəm və rəsmini çəkməyə başlayıram. Əvvəlcə eskiz üçün fotolardan istifadə edir, qələmlə kağıza köçürürəm. Ən uğurlusunu tapdıqdan sonra rəsminin üzərində işləyirəm. Bu proses çox gərgin olur. Məsələn, “İstiqlal” tablosuna üç il vaxt sərf etmişəm. Bir neçə il öncə Türkiyənin Konya şəhərində keçirilən, 65 ölkənin qatıldığı simpoziumda Azərbaycanı təmsil edirdim. Açılışa nazirlikdən nümayəndələr də qatılmışdı. Həmin vaxt Atatürkün portretini işləmişdim və telefonumda idi. Söhbət əsnasında dedim ki, məndə Atatürkün portreti var, baxmaq istəyərsinizmi? Bu, onlar üçün maraqlı oldu və portreti göstərdim. Çox bəyəndilər və xahiş etdilər ki, portreti Ankaraya aparım. Həmin tablonu muzeyə qoydular. O muzey Atatürkün evi hesab olunur və çox əhəmiyyətlidir. Çünki Mustafa Kamal Atatürkün Selanikdə dünyaya gəldiyi evin surətidir. Mənim əsərimi ikinci mərtəbədə yerləşdirdilər və dövlət sərvəti adlandırdılar.”- söyləyir.

Bu gün o, rəsmi olaraq Türkiyə və Azərbaycan rəssamı hesab olunur. 18 iyun 1981-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə kompüter proqramlaşdırılması ixtisası üzrə təhsil alıb. Bu istiqamətdə aldığı təhsil və ərsəyə gətirdiyi əsərlər onun peşəkar səviyyəyə çatmasına böyük töhfə verib. Rəssamın əsərləri Azərbaycan Respublikası Müəllif Haqları tərəfindən qorunmaqdadır. 2011-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2012-ci ildə onun "Milli Qablar" əsəri Dünya Uşaq Ensiklopediyasına qeydə alınıb. Rəssamın 2012-ci ildə qələmə aldığı "Novruz" əsəri "Azərbaycan Təsviri Sənətində Tarix və Şəxsiyyət" kitabına salınıb. 2013-cü ildə Beynəlxalq yarışmanın qalibi olub. Elə həmin il gənc Azərbaycan rəssamlarının İtaliyanın Milan şəhərində keçirilən sərgisində onun əsərləri böyük tamaşaçı rəğbəti qazanıb. 2014-cü ildə isə Türkiyədə dördüncü Beynəlxalq Canlı Rəsm Simpoziumunda Azərbaycanı təmsil edib. Bu simpoziumda yaratdığı "Nar" əsəri hazırda da Konyanın Modern Muzeyində sərgilənməkdədir. Onun ərsəyə gətirdiyi "Atatürk Portreti" əsəri Ankarada Atatürk Ev Muzeyində bu gün də sərgilənir və Türkiyə Cumhuriyyətinin sərvəti kimi dəyərləndirilir. 2017-ci ilin may ayında Bakı Yunus Əmrə İnstitunun təşkilatçılığı ilə İzmir Balçova Bələdiyyəsi və Kardeşlik İşbirliyi Dərnəyinin birgə əməkdaşlığı ilə "Rənglərin Qardaşlığı" layihəsinə rəssam-kurator kimi qatılaraq, iki ölkənin mədəniyyətini, sənətini və qardaşlığını təmsil edib. Müstəqilliyimizin 25-ci ildönümü zamanı Ulu Öndər Heydər Əliyevin portretini yaratmağa müvəffəq olub. Daha sonra "Atatürk Dönəmi", "Modern Türkiyə", "Xocalı Soyqrımı" əsərlərini yaradıb. Onun bu sahədə qazandığı uğurları sadalamqla bitmir. O qədər gözəl işlərə imza atıb ki, hamısını sadalasam qorxuram ki, vaxtınızı çox alaram...

Məşhur diplomat və şair Draqo Ştambuk onun istedadını belə dəyərləndirir: “Çağdaş bədii proseslərin çox təzadlı bir axara kökləndiyi, yaradıcıların "müasir" görünmək yarışının milli bədii dəyərlərimizə ziyan gətirdiyinin qabarıq göründüyü indiki şəraitdə bəzən bütün bunların əksini özündə yaşadan sənət nümunələrinə də rast gəlmək olur. Vurğuladığımız bu yeni və özünəməxsus bədii tutumu gənc rəssam Günay xanımın müxtəlif mövzulu və janrlı əsərlərində görmək mümkündür. Əvvəlcə onun müxtəlif sərgilərdə nümayiş olunan rəngkarlıq lövhələri, sonra isə özü ilə şəxsi tanışlığımdan sonra əmin oldum ki, rəssamlıq məkanımıza əski milli dəyərlərimizə özünəməxsus bədii münasibət göstərmək istəyində olan bir gənc yaradıcı gəlib.”

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı- hal-hazırda Bursa Zəki Müren Gözəl Sənətlər Litseyi və AMK tərkibində İncəsənət Gimnaziyasının "Qardaş Məktəb" layihəsinin ideya müəllifi, təşkilatçısı və iki dövlətin mədəni əlaqələrinin inkişafı üçün önəmli hesab edilən layihənin baş kuratoru, rəssam Günay Mehdizadədir. Onu həm də Günay Zebiç kimi də tanıyırlar...

İyunun 18-i Günay xanımın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, yaradıcılıq uğurları arzulayıram.
Yeni yaşı mübarək olsun!

Hörmətlə, Elman Eldaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 İyun 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see171

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see138

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see127

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see123

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see123

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri